SON XƏBƏRLƏR

Təyyarənin qaçırılması baş tutmadı

2021.10.20, 07:36
Təyyarənin qaçırılması baş tutmadı

Gunaz.tv
Təyyarənin qaçırılması baş tutmadı 20061003182403turkishairliens203.jpg Təyyarə Türkiyə hava yollarına məxsus sərnişin təyyarəsinin qaçırılma cəhdi dəf edilib. Türkiyənin hakimiyyət orqanları xəbər verirlər ki, Rusiyaya uçan Türkiyə təyyarəsini qaçırmağa cəhd edən bir şəxsin əməli sərnişinlər tərəfindən dəf edilib. Türkiyə hava yollarına məxsus Aerobus A-320 Belarusun hava məkanına daxil olarkən ehtimalən Türkiyə vətəndaşı olan sərnişinlərdən biri təyyarə bələdçilərinə bir yazılı kağız ötürmüşdü. Kağızda onda bomba olduğu və ekipajdan marşrutu dəyişmək tələbi yazılmışdı. Sərxoş olduğu iddia edilən bu sərnişin sonradan ekipajın kabinasına zorla keçməyə cəhd göstərmişdi. Lakin digər sərnişinlərin köməyi ilə onun bu cəhdinin qarşısı alındı. Sonradan məlum olub ki, onda heç bir partladıcı maddə yox imiş. Təyyarə öz marşrutu ilə hərəkəti davam edərək vaxtında Sankt-Peterburq hava limanında yerə enməyə müvəffəq olub. Türkiyə Hava Yollarına əsasən, 164 sərnişinin əksəriyyəti Antalya kurortlaırndan evə qayıdan rus turistləri idi.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar