SON XƏBƏRLƏR

Müxalifətin Əməkdaşlıq Mərkəzi Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb

2021.10.20, 07:36
Müxalifətin Əməkdaşlıq Mərkəzi Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb

Gunaz.tv
Müxalifətin Əməkdaşlıq Mərkəzi Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb Bakı. Elnur Məmmədli – APA. Müxalifətin Əməkdaşlıq Mərkəzi (MƏM) Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb. APA-nın məlumatına görə, ilkin rəydə Azərbaycanda seçkiqabağı vəziyyət, siyasi partiyalar üçün rəqabət imkanları və səsvermənin gedişi qiymətləndirilib. Rəydə seçkilərin azad və ədalətli keçirilməsinə nail olmaq məqsədilə ATƏT, Avropa Şurası, ABŞ Dövlət Departamenti, Avropa Birliyinin və digər beynəlxalq qurumların Azərbaycan hökumətinə dəfələrlə etdiyi tövsiyələrin nəzərə alınmadığı, buna görə də əməkdaşlıq mərkəzində təmsil olunan partiyaların seçkilərdə iştirak etmədiyi bildirilib. Boykotçu partiyalar Azərbaycanda seçkilər öncəsi müxalifət partiyalarının sərbəst fəaliyyətinə maneə yaradıldığını, bir sıra partiyaların mətbuat orqanlarının fəaliyyətində problemlər yarandığını, qərargahlarından çıxarıldıqlarını qeyd ediblər. İlkin rəydə seçki kampaniyası ərəfəsində Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər də neqativ dəyişikliklər kimi dəyərləndirilib. Həmçinin bərabərhüquqlu təbliğat imkanları prinsipinin pozulduğu da vurğulanıb. Səsvermə günü isə əməkdaşlıq mərkəzinin müşahidəçiləri tərəfindən bir sıra qanun pozuntularının qeydə alındığı bildirilib. Bütün bunları nəzərə alın müxalifət partiyaları oktyabrın 15-də keçirilən prezident seçkilərinin demokratik və ədalətli keçirilmədiyini bildiriblər. Əməkdaşlıq Mərkəzinə daxil olan təşkilatlar bu şəraitdə keçən seçkilərin nəticəsini tanımadıqlarını bildiriblər. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar