SON XƏBƏRLƏR

HƏMİN PREZİDENT (İlham Əliyevin ömür yolu)

2021.10.20, 07:36
HƏMİN PREZİDENT (İlham Əliyevin ömür yolu)

Gunaz.tv
HƏMİN PREZİDENT (İlham Əliyevin ömür yolu) prezident_sechki2008_1.jpg «Media forum» saytı 2008-ci il oktyabrın 15-də keçirilən prezident seçkisinin ilkin nəticələrində 89,04 faizlə önə çıxmış dövlət başçısı İlham Əliyevin ömür yolunu diqqətinizə çatdırır. İ.Əliyev 1969-82 və 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etmiş mərhum dövlət xadimi Heydər Əliyevin övladıdır. O, 1961-ci il dekabrın 24-də Bakıda anadan olub. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu, üç il sonra həmin təhsil müəssisəsinin aspiranturasını bitirib. Siyasi elmlər doktorudur. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb. 1990-cı ilədək Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilib. Həmin il oktyabrın 15-də Azərbaycanın prezidenti seçilib. 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentidir. Hakim Yeni Azərbaycan Partiyasının sədridir. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir. Evlidir. Üç övladı var. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar