SON XƏBƏRLƏR

PKK AZĞINLAŞIR . Terrorçular Tuncelidə hərbi maşın karvanına hücum edib

2021.10.20, 07:36
PKK AZĞINLAŞIR . Terrorçular Tuncelidə hərbi maşın karvanına hücum edib

Gunaz.tv
PKK AZĞINLAŞIR Terrorçular Tuncelidə hərbi maşın karvanına hücum edib 359.jpg Türkiyədə PKK terrorçularının xeyli fəallaşdığı müşahidə olunur. Artıq ikinci həftədir ki, terrorçular bir-birinin ardınca hərbi qüvvələrin mövqelərinə və asayiş keşikçilərinə qarşı terror aktları törədirlər. Oktyabrın 14-də axşam PKK terrorçuları Tunceli vilayətində hərbi maşın karvanının keçməsi zamanı yolun kənarına quraşdırılmış partlayıcını işə salıblar. Nəticədə hərbi avtomobillərdən biri partlayıb, 1-i ağır olmaqla 5 əsgər yaralanıb. Bu hadisənin ardınca təhükəsizlik qüvvələri bölgədə PKK-çılara qarşı axtarış əməliyyatlarına başlayıblar, az sonra yolun kənarında quraşdırılmış ikinci partlayıcı aşkar olunub. Bu partlayıcının 100 kiloqramdan çox olduğu bildirilir. Yerli mətbuatın xəbərlərinə görə, silahlı qüvvələr Tunceli, Hakkari və Şırnak bölgələrindəki dağlıq ərazilərdə PKK-çıların axtarışı və məhv edilməsi üzrə əməliyyatlara davam edirlər. Hökumət isə təhlükəsizlik strukturlarının rəhbərləri ilə növbəti dəfə PKK-ya qarşı yeni mübarizə strategiyasını müzakirə etmək üçün toplantı keçirib. Bu toplantıdan çıxan nəticəyə görə, hökumət Daxili İşlər Nazirliyi nəzdində terrora qarşı yeni koordinasiya mərkəzi yaradacaq. Hökumət və təhlükəsizlik qüvvələrinin rəhbərləri bu cür toplantıları davam etdirəcək. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar