SON XƏBƏRLƏR

MAKKEYN YALNIZ GÜRCÜSTANLA KUBADA DƏSTƏKLƏNİR . Obamaya isə dünyanın qalan ölkələrində rəğbət var

2021.10.20, 07:36
MAKKEYN YALNIZ GÜRCÜSTANLA KUBADA DƏSTƏKLƏNİR . Obamaya isə dünyanın qalan ölkələrində rəğbət var

Gunaz.tv
MAKKEYN YALNIZ GÜRCÜSTANLA KUBADA DƏSTƏKLƏNİR Obamaya isə dünyanın qalan ölkələrində rəğbət var 5842.jpg ABŞ-da yaxınlaşmaqda olan prezident seçkiləri ərəfəsində demokrat namizəd Barak Obama rəqibi Con Makkeyni təkcə ölkə daxilində deyil, xarici ölkələrdə də böyük fərqlə qabaqlayır. Son rəy sorğularına görə, respublikaçı namizədə təkcə Gürcüstanda və Kubada rəğbət böyükdür, Barak Obama isə dünyanın qalan ölkələrində rəğbətlə qarşılanır. “The Economist” qəzetinin apardığı rəy sorğuları bu nəticəni ortaya çıxarıb. Bildirilir ki, Obamaya rəğbət Avropada daha böyükdür, həmçinin onu Latın Amerikası və Afrika ölkələrində dəstəkləyirlər. Bu arada Amerika seçiciləri arasında aparılan son rəy sorğuları Obamanın Makkeyni daha böyük fərqlə geridə qoyduğunu göstərib. “The New York Times” qəzetinin CBS telekanalı ilə birlikdə apardığı rəy sorğularına görə, amerikalıların 53 faizi Obamaya səs verməyə hazırdır, Makkeyni isə cəmi 39 faiz seçici dəstəkləyir. Respondentlərin əksəriyyəti hesab edir ki, Obama seçki kampaniyasını rəqibinə nisbətən daha müsbət tonda aparır. 61 faiz respondent isə Makkeynin əsas vaxtını Obamaya hücum etməyə sərf etdiyini düşünür. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar