SON XƏBƏRLƏR

Abdullah Gül , Mixail Saakaşvili və Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib

2021.10.20, 07:36
Abdullah Gül , Mixail Saakaşvili və Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib

Gunaz.tv
Abdullah Gül , Mixail Saakaşvili və Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib Abdullah Gül , Mixail Saakaşvili və Rəcəb Tayyib Ərdoğan Azərbaycanda prezident seçkilərinin ilkin nəticələrinə əsasən, İlham Əliyevi qələbə qazanması münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı naminə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Dövlətimizin başçısı təbrikə və göstərilən diqqətə görə minnətdarlığını bildirib. ------------------------------------------------------------------------- MDB missiyası Azərbaycandakı prezident seçkisini legitimliyini tanıyır “MDB-dən olan müşahidə missiyasına görə 15 oktyabrda Azərbaycanda prezident seçkisi legitim və açıq keçirilib”-MDB –nin icraçı katibi Sergey Lebedev bəyan edib. “MDB müşahidəçiləri etiraf edirlər ki, Azərbaycanın seçki kodeksi azad və demokratik seçkilər keçirməyi təmin edir”-Lebedev qeyd edib. Missiyanın bəyanatında qeyd olunur ki, “seçkilər ölkədə qüvvədə olan seçki qanunvericiliyinə uyğun qaydada keçib”. MDB-dən olan müşahidəçilər həmçinin təsdiq edirlər ki, “sona çatan seşkilər ölkənin ümumi həyatında daha da demokratikləşməsinə səbəb olacaq əsas amillərdəndir”. MDB-dən olan beynəlxalq müşahidəçilər digər beynəlxalq müşahidəçiləri də onların gəldiyi nəticələri və verilən qiyməti bölüşməyi və bu bəyanata qoşulmağa çağırıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar