SON XƏBƏRLƏR

Cenevrə danışıqlarında nəticə olmayıb

2021.10.20, 07:36
Cenevrə danışıqlarında nəticə olmayıb

Gunaz.tv
Cenevrə danışıqlarında nəticə olmayıb article_1224135114.gif Rusiya və Gürcüstan danışıqlar masasına oturmadan dağılışdılar Rusiya və Gürcüstanın iştirak etdiyi Cenevrə danışıqlarından ziddiyyətli məlumatlar daxil olmaqdadır. Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın danışıqları tərk etdiyini xəbər verib. Onun sözlərinə əsasən, bu, Rusiyanın hazırkı mərhələdə diplomatik prosesə maraq göstərmədiyindən xəbər verir. Cenevrə danışıqlarında Amerika, Avropa İttifaqının da diplomatları iştirak etməli idilər. Lakin rus və gürcü rəsmilərinin birbaşa danışıqlar aparıb-aparmadıqları haqda təfərrüat verilmir. BBC bildirir ki, danışıqlar başlaya-başlamaz çətinliklər ortaya çıxıb. Belə görünür ki, rus və gürcü nümayəndələri BMT binasında olublar. Amma onlar qarşı-qarşıya əyləşməyiblər. BBC müxbirinə bunu adının çəkilməsini istəməyən nümayəndələrdən biri deyib. Heç bir məsələ ətrafında konstruktiv müzakirə olmayıb. Bu yəqin ki, BMT və Avropa İttifaqı, ən çox da didərgin düşmüş insanlar üçün pis xəbərdir. Çünki məhz onların taleyi bu danışıqların gündəliyində ən vacib məsələ idi. Bəzi ehtimallara görə, danışıqlara Abxaziya və Cənubi Osetiya nümayəndələrinin də getməsi Gürcüstan tərəfinin müəyyən etirazlarına səbəb olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar