SON XƏBƏRLƏR

Əl Qaidənin ikinci adamı öldürüldü

2021.10.20, 07:36
Əl Qaidənin ikinci adamı öldürüldü

Gunaz.tv
Əl Qaidənin ikinci adamı öldürüldü article_1224075366.gif QayNar: Amerika ordusu, İraqdakı Əl Qaidənin 2 nömrəli liderinin Mosulda öldürüldüyünü bildirdi. Ordu, bir əməliyyat nəticəsində öldürülən döyüşçünün Əbu Kasvara və ya Əbu Sara kimi tanınan bir şəxs olduğunu bildirdi. Əbu Saranın, Əli Əyub Əl Məsridən sonra "İraqdakı Əl Qaidənin ikinci adamı" olduğu, Əfqanıstan və Pakistandakı yuxarı səviyyəli Əl Qaidə liderləri ilə əlaqələri olduğu açıqlandı. //Rəşad Səfərov, QayNar ---------------------------------------------------------------------- Məmməd Arazın anadan olmasının 75 illiyi qeyd edilib Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Azərbaycanın xalq şairi Məmməd Arazın anadan olmasının 75 illiyi qeyd olunub. APA-nın məlumatına görə, ədəbiyyat və mədəniyyət xadimləri, doğmaları şairin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Xalq şairi Zəlimxan Yaqub, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, şair Zakir Fəxri M. Arazın Azərbaycan ədəbiyyatındakı əvəzsiz xidmətlərindən söz açıblar. Millət vəkili Aqil Abbas isə seçkilərdən sonra şairin xatirəsinə həsr olunmuş böyük tədbir keçiriləcəyini söyləyib. Qeyd edək ki, bir çox mükafata, o cümlədən “İstiqlal” ordeninə layiq görülən M. Araz 2004-ci ilin dekabrında vəfat edib. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar