SON XƏBƏRLƏR

MDB ölkələri ilə Gürcüstan arasında sərhəd və viza rejimində dəyişikliklər olacaq

2021.10.20, 07:36
MDB ölkələri ilə Gürcüstan arasında sərhəd və viza rejimində dəyişikliklər olacaq

Gunaz.tv
3601.jpg Gürcüstan MDB-dən çıxdıqdan sonra qeyd olunan sahədə problemlər ikitərəfli əsasda həll olunacaq “MDB ölkələri ilə Gürcüstan arasında sərhəd və viza rejimində əlbəttə ki, dəyişikliklər olacaq”. Bu açıqlamanı Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsinin sədri Sergey Lebedev verib. O, Gürcüstan MDB-dən çıxdıqdan sonra qeyd olunan sahədə problemlərin çox güman ki, ikitərəfli əsasda həll olunacağını bildirib. S. Lebedev xatırladıb ki, Bişkekdə keçirilən MDB XİN Şurasının və MDB dövlət başçıları Şurasının iclaslarında Gürcüstanın qurumdan çıxmaq qərarı təəssüflə qarşılanıb: “Toplantılarda bildirilib ki, Gürcüstan rəhbərliyi MDB-yə yenidən daxil olmaq barədə qərar versə, qurumun qapıları onun üçün həmişə açıq olacaq. Gürcüstan MDB-də çox da vacib yer tutmayıb və tutmur. Bu qərarın neqativ nəticələri ilə yalnız Gürcüstan əhalisi üzləşə bilər”.zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar