SON XƏBƏRLƏR

Erməni qafalı türk VƏ YA MƏLƏK QİYAFƏSİNDƏ İBLİS . A. XOCALI

2021.10.20, 07:36
Erməni qafalı türk VƏ YA MƏLƏK QİYAFƏSİNDƏ İBLİS . A. XOCALI

Gunaz.tv
Erməni qafalı türk VƏ YA MƏLƏK QİYAFƏSİNDƏ İBLİS A. XOCALI Jurnalistlərlə keçirdiyi görüşlərdən birində Rusiya baş naziri Vladimir Putin Gürcüstan hadisələrində Rusiyanın mövqeyini əks etdirmədiyi üçün "Exo Moskvı" radiosunun baş redaktoru Aleksey Venediktə xitabən demişdi: "Bilirsinizmi, Aleksey, siz satqın deyilsiniz. Siz düşmənsiniz!". Gürcüstan hadisələrində Rusiyanın işğalçı mövqe tutmasından asılı olmayaraq, öz dövləti maraqları baxımından haqqına deyilmiş ifadədir. Müşahidələrimiz göstərir ki, Türkiyədə də belə "ziyalı" obrazında öz dövlətinin maraqlarına qarşı çıxan milli hisslərdən uzaq kosmopolit adamlar az deyil. Hrant Dinkin öldürülməsinin Türkiyənin maraqlarına cavab vermədiyini təsdiqləməklə yanaşı, vurğulamaq istərdim ki, məhz belə kosmopolitlər İstanbul küçələrində jurnalistin qətlinə etiraz əlaməti olaraq "hepimiz erməniyiz" diyə bağırdı, "Sarı gəlin"in erməni dilində səsləndirmişdilər. Bəlkə də mənşə etibarilə bu "ziyalı"ların soykökünə baxsaq, onların heç əslində türk olmadıqlarının, hansısa etnik çevrədən dönmə olduqlarının da şahidi olarıq. Bu, elə də önəmli deyil, təəssüf doğuran hal ondan ibarətdir ki, deməli, özünü türk cəmiyyətinin hissəsi kimi göstərən elə bir kəsim var ki, onlar uzaq və yaxın tarixdə, elə bu gün də ermənilərin türk dövlətinə qarşı tutduğu düşmən münasibəti, Türkiyənin ərazisini parçalamağı qarşısına məqsəd qoymuş PKK-çıları və onlara dəstək verənlərin əməllərini unutmağa hazırdılar və unudublar da. Belə tanınmış "ziyalı"lardan biri də 1950-ci ildə Ankarada anadan olmuş, Türkiyənin "Taraf" qəzetinin təsisçisi və "liberal" siyasi görüşlü yazıçı Əhməd Altandır. Əvvəllər "Hürriyət", "Günəş", "Milliyət" və "Yeni Yüzyıl" qəzetlərində, "Star" TV-də çalışıb. Bir sıra roman və hekayələrin müəllifidir. Əhmət Altan yazıçı və keçmiş millət vəkili Çətin Altanın oğludur. Xatırladaq ki, Çətin Altan 1965-1969-cu illərdə Türkiyə İşçi Partiyasından deputat seçilib. Üç dəfə tutulub, iki dəfə məhkum edilib. Əhməd Altanın qardaşı da Türkiyədə tanınmış şəxsdir - Mehmet Altan İstanbul Universitetinin iqtisadiyyat fakültəsinin professoru və "Star" TV-nın yazarıdır. Əhməd Altanın yönləndirdiyi və özünün də məqalələri ilə çıxış etdiyi "Taraf" qəzeti Türkiyə Silahlı Qüvvələrinə, türk millətçi dairələrinə xüsusi nifrəti ilə seçilən mətbuat orqanlarındandır. Təsadüfi deyil ki, bu qəzetdə Markar Esayan, Etyen Mahçupyan və adları türk olub, mənşə etibarilə qeyri-türklərin yazıları kifayət qədərdir. Türkiyədə "Ergenekon" hadisələri fonunda yaranmış əlverişli siyasi durumdan yararlanan Əhməd Altan və həmfikirləri türk ordusunu, millətçi dairələri və ümumən özünəməxsus türk kimliyini saxlamış dövlətçilik kursunu ləkələmək üçün mətbuat orqanlarında bütün mümkün vasitələrdən istifadə etməklə ictimai şüura təsir göstərməyə çalışırlar. Son günlər isə bu qəzetdə türk gəncliyini ordudan yayınmağa çağıran yazıların sayı çoxalıb. Bu baxımdan Əhməd Altanın özünün yazıları da xüsusilə seçilir. Türk silahlı qüvvələrini mafiyanı himayə etməkdə suçlayan Əhməd Altan yazır ki, "heç olmasa gəncləri qurtaraq. Onlar orduyla çetelər arasında rəsmi bağların qurulmayacağı bir ölkədə yaşasınlar". Digər bir yazısında Əhməd Altan vurğulayır ki, "əsgər cocuqlar öldülər, PKK-lı cocuqlar öldülər. Heç olmasa ölülərimizi bağışlayaq, onları "xeyirlə" yad edək. Bir PKK-lı cocuğun ürəyi acıyla qovrulan ana-babasına təsəlli vermək, kədərini paylaşmaq üçün bir vali, bir nazir, hətta bir baş nazir də o evə başsağlığına getsin". Əhməd Altanın özü jurnalist həmkarı ilə Qəndil dağında PKK terrorçuları ilə bağlı reportaj hazırlamasına bir mənəvi borc kimi baxıb. Və yaxud siyasi mövqeyində həmişə Azərbaycanın maraqlarını dəstəkləyən Türkiyə Milliyyətçi Hərəkat və Böyük Birlik partiyaları haqqında görün Əhməd Altan nə yazır: "Mənim gəncliyimdə MHP demək bəla demək idi. Dövlətin dəstəklədiyi bir ölüm çətəsi kimi çalışırdı. Daha sonra Abdullah Çatlı kimiləri Susurluq çətələrinə getdi, bir qismi mafiyaya yazıldı. Muhsin Yazıçıoğlu kimi liderləri isə siyasəti seçdi". Əhməd Altan Hrant Dinkin qətlində də Muhsin Yazıçıoğlunun lideri olduğu Böyük Birlik Partiyasının gənclər qanadı Alperen Ocaqlarını günahkar sayır. Əhməd Altanın yazılarında diqqəti çəkən digər məqam onun "laiklik" örtüyü altında Türkiyənin siyasi olimpində erməniləri, yəhudiləri, yunanları görmək istəyidi. Əhməd Altan hesab edir ki, "Vatikan dövləti nə qədər dünyəvilik istəyirsə, bizim dövlət də o qədər dünyəvilik istəyir. Bizim ən çox bənzədiyimiz dövlət Vatikan dövlətidir. Siz bizim dövlətin hər hansı bir məqamında müsəlman olmayan birinə rastladınızmı? Sünni olmadığını açıqca söyləyə bilənin birinə rastladınızmı? Yəhudi bir yüzbaşımız, erməni bir diplomatımız, rum bir poçt müdirimiz varmı? Siz heç Ələvi olduğunu açıqca söyləyən bir general gördünüzmü?...Bu dövlət müsəlman sünni olmayanlara güvənməz və onları içinə almaz... Dünyəvimi olmaq istəyirsiniz? Onda dövlətin qapılarını hər dindən, hər məzhəbdən insana açacaqsınız. Ermənilər, rumlar, yəhudilər də dövlətə çalışacaq". Yaradıcılığında daim bir erməni sevgisi duyulan Əhməd Altan yazır: "Nə zaman ermənilərlə bağlı bir yazı yazacaq olsam, qəribə bir şəkildə əlim insanın içini acıdan musiqi parçalarından birinə uzanır. Kəskin bir kaman səsi, ya da boğuq və hüzünlü bir tütək səsi dinləmək istəyirəm. Nə badə "onların bizi öldürdü"yünü deməyin. Bunu söyləmək gerçəkdən ayıb... İttihatçılar insafsız bir soyqırım gerçəkləşdirdilər... Bir gecə evinizdə oturub ailənizlə yemək yeyərkən sizi sırf türksünüz deyə yerlərdə sürükləyərək götürdülərmi? Sırf erməni olduqları üçün yüz minlərlə insana qarşı belə elədilər". Şərhə ehtiyac yoxdur. Beləsinə türk deyilməz. Aslan XOCALI aslant-xocali @mail.ru

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar