İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Azərbaycanda hər il bir xeyli yazarın kitabı yayınlanır. Nəşr olunan kitabların bir qismi ədəbi baxımdan dəyərsiz olsa da, təriflənir, göylərə qaldırılır, bir qismi isə görməməzliyə vurulur. Bunun səbəbi biz türklərdəki tərəfkeşlik xəstəliyidir. Bizim insanlarımızın çoxu, bir yazar əgər mənim dostum, yoldaşımdırsa və ya ondan işim keçirsə, ona təriflər deməliyəm, şəklində düşünür. Çox təəssüf ki, bütün türk dünyası bu xəstəliyə mübtəla olub. Elə bu səbəbdən də dünyaya çıxa biləsi çox az yazıçı və şairimiz var. Elə buna görə də öz ölkəmizi, öz insanımızı, öz mədəniyyətimizi fərqli şəkillərdə başqalarına çatdırırıq. Almaniyanın Frankfurt şəhərində dünyanın ən böyük kitab sərgisi açıldı. Sərgini üz yüz min insanın ziyarət edəcəyi gözlənilir. Türkiyə prezidenti Abdullah Gül də sərginin açılışında iştirak etmək üçün Almaniyaya gəldi. Türkiyə mədəniyyət nazirinin böyük zəhmət çəkib Almaniyaya dəvət etdiyi, kitablarını alman dilinə çevirtdirdiyi yazarlara baxanda yadıma Azərbaycan düşür. Çünki bu məsələdə də eyni qayda ilə hərəkət edildiyi açıq-aşkar görülür. Almaniyada şəninə təriflər yağdırılan, kitabı almancaya tərcümə edilən Əsli Ərdoğanla bu ölkənin ən ciddi qəzetlərindən sayılan FAZ-ın müxbiri Krane Krüger müsahibə götürüb. Əsli Ərdoğan müsahibəsində Türkiyəni elə bir şəkildə təqdim edib ki, adam türk olduğuna görə utanır. Onun fikrincə türklər insanları sorğu-sualsız öldürən, kürdləri qətlə yetirən bir millətdir. Dünyanın ən böyük kitab sərgilərindən birinə - Frankfurt Kitab Sərgisinə qatılan yazar Əsli Ərdoğanın müşahidələrinə görə, Türkiyənin gerçək tablosu belədir. Təbii ki, hər bir yazar hadisələrə və insanlara öz pəncərəsindən baxır. Buna bir sözüm yoxdu. Ancaq nədənsə Türkiyənin bu il "Tərəfdaş ölkə" kimi qatıldığı kitab sərgisində təmsil olunan yazarlarımızın demək olar ki, hamısının pəncərəsi Əsli Ərdoğanın baxdığı pəncərəyə bənzəyəndə adamın əti ürpəşir və qarmaqarışıq suallarla başbaşa qalır. Əcəba, biz mədəniyyətimizi, ədəbiyyatımızı, insanımızı xaricdə tanıdaq deyərkən öz əlimizlə öz ayağımıza güllə vururuqmu? Əcəba, "məqsədli yanaşmaları aradan qaldıraq, mədəniyyətlərarası əməkdaşlığa pay verək" deyərkən türk və müsəlmanlar haqqında xristian dünyasında formalaşmış pis fikirləri daha da körükləmirikmi? Yeni nəşrlərə Mədəniyyət Nazirliyimizin köməyi sayəsində ortaya qoyulan tərcümələrə, dəvətlərə, toplantılara baxanda belə suallar çoxaldıqca çoxalır. Hələ sərgi açılmamışdan kitab mağazalarının vitrinlərini türk yazarlarının almanca nəşr olunmuş kitabları bəzəməyə başladı. Nə gözəl! Bir türk olaraq insan duyğulanır, hətta qürur duyur. Kitabların üzqabığındakı adlara baxıram. Hansı yazarlarımızın adları yoxdur bu kitablarda? Ədalət Ağaoğlu, Yaşar Kamal, Əsli Ərdoğan, Əhməd Ümid, Ataol Bəhramoğlu, Əziz Nesin, Nihat Bəhram... Gözlərim fərqli düşüncələrə sahib olan bir yazar adı axtarır vitrinlərdə. Uzun axtarışlardan sonra bir fərqli yazar tapa bilirəm - Əhməd Həmdi Tampınar və onun "Rahatlıq" (Hüzur) romanı... Hə, bir də Əhməd Haşimin "Frankfurt səyahətnaməsi"... Başqa? Çox təəssüf ki, başqası yoxdur! Henrix Böll şübhəsiz ki, böyük yazıçıdır. Alman dilindən ən gözəl şəkildə istifadə edib və Nobel mükafatı alıb. İkinci Dünya müharibəsindən sonra alman cəmiyyətinin acılarını, ziddiyyətlərini, ümidsizliklərini çox gözəl bir üslubla ortaya qoyan usta yazıçıdır. Özü mömin bir katolik olub və bunu bildirməkdən heç vaxt çəkinməyib. Heç bir alman - dəxli yoxdur protestantdır, yoxsa sosialistdir - Henrix Böllün dahiliyini inkar etməz. Onun kitabları hələ də kitab mağazalarının vitrinlərində ən hörmətli yerdə durur. Tanıyanların məşhur şairi Dannunzio Mussoliniyə heyran olan faşist idi. Knut Hamsen də onun kimi... Amma onların kitabları hələ də hər yerdə satılır və xarici dillərə tərcümə edilir. "Pislərin yazıçısı" adlandırılan fransız yazar və filosofu Bataille hələ də Fransa xalqının ən çox sevdiyi yazarlardandır. Latın Amerikasının dindar Paulo Koelosu ərəb hekayələrindən yola çıxaraq öz dilinin mistik tərəfini vurğulaya-vurğulaya bütün dünyada fırtına kimi əsir! Bizdə isə faşistliyi, zərərsiz dindarlığı bir tərəfə qoyaq, hətta mühafizəkar yazarımızla belə dövlət "yetim" kimi davranır. Öz dövlətimiz qərb oxucusunu müsəlman türkü Yaşar Kamalın, Əsli Ərdoğanın qələmindən çıxan əsərlərlə tanımağa məhkum edir. Yaxşı, Yaşar Kamal pis yazıçıdırmı? Xeyr! Amma Allah xatirinə, heç bir təsirə məruz qalmadan düşünək. Sosialist bir Yaşar Kamal Anadolunun hər tərəfindən görə biləcəyiniz elindən, dilindən hər kəsin əmin olduğu, namazında, niyazında olan bir müsəlman türkünü necə təsvir edəcək? Sizcə, onları olduğu kimi təsvir etməyə Yaşar Kamalın dünyaya baxışı icazə verirmi? Türkiyənin ən yaxşı romançılarından olan rəhmətlik Peyami Səfanın qərb-şərq çəkişmələrini çox gözəl təsvir etdiyi "Fatih - hərb" romanı İkinci Dünya müharibəsindən sonra "İki dünya arasında" adıyla alman dilinə tərcümə edilmiş və çox yaxşı qarşılanmışdı. Mədəniyyət Nazirliyimiz bu qədər pul xərcləyir. Niyə bu tipli kitabları yenidən almanca nəşr edib qərb oxucularının ixtiyarına vermir? Versə qiyamət qopar? Peyami Səfadan başqa bizim insanlarımıza başqa pəncərədən baxan, onları fərqli bir üslubla təsvir etməyə çalışan yazarımız yoxdurmu? Nə üçün birtərəfli nəşrlərlə həm ölkəmizin, həm də insanlarımızın həqiqi kimliyi deyil, karikaturası - həm də dövlət tərəfindən - çəkilməyə cəhd edilir? Heç kimin Yaşar Kamala, Orxan Pamuka, Ədalət Ağaoğluna, hətta Nihat Bəhrama da etirazı yoxdur. Amma "Hər addımda bir sonsuz mənlər qoyuram boşluğa və yenə mən dolmur" deyə yazan və çox maraqlı şair olan Asəf Halet Çələbi, Yəhya Kamal, Həkimoğlu İsmayıl, Peyami Səfa və adlarını çəkmədiyim onlarla fərqli düşünən, fərqli yazan yazarlar tərcümə edilərək qərb oxucusuna niyə tanıdılmır? Allaha şükür ki, Annemariya Şçimmel kimi bir alim va Yunis Əmrə, Mövlanə kimi dünyanın ən böyük şairlərini tərcümə edərək alman oxucularının ixtiyarına verir. Yoxsa onlar da kölgədə qalardılar. Əlbəttə ki, harada qaranlıq varsa, harada faciə varsa, orada səssiz qalmaq olmaz. Və bir alimin dediyi kimi bir şam yandırmaq lazımdır. Amma faciələrlə, qaranlıqlarla yanaşı, işıqlar, ümidlər, xoş münasibətlər ortaya qoyan bir dünya görüşünün təmsilçiliyini edən, fərqli yazan, adamı olmayan yazarların üzünə qapıları bağlamağın bizlərə nə qazandıracağı yaxşı-yaxşı düşünülməlidir. Çünki bizim ölkəmiz ancaq qaranlıqlar ölkəsi deyil, orada nurüzlü, nurkönüllü insanlar da var. Onları qərb oxucusu tanısa inanın ki, bizlərə daha yaxından bələd olacaq və bizimlə münasibətdə daha ədalətli davranacaqlar. Orxan ARAS Almaniyadan yazır [email protected]/* */ 525
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Urmiya gölünün son vəziyyəti açıqlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb