SON XƏBƏRLƏR

Fars qaz kəməri

2021.10.20, 07:36
Fars qaz kəməri

Gunaz.tv
İran "Nabucco"ya paralel kəmər çəkəcək İran təbii qazını Avropaya nəql etmək üçün Avropa Birliyinin dəstəklədiyi "Nabucco" qaz kəməri layihəsinə alternativ yaradacaq. Türkiyə mətbuatının xəbərinə görə, bu kəmər "Fars boru xətti" adlanacaq( Lent.az). İran Neft Nazirliyinin internet saytının məlumatına görə, nazirliyin planlama idarəsinin rəhbəri Əkbər Torkan "Nabucco"ya qoşulmadıqlarını vurğulayıb:"Çünki AB İranın təbii qazına ehtiyacı olmadığını açıqlayıb. Biz də "Nabucco"dan ayrı yeni plan hazırlaşmışıq". Türkiyə, İsves, Avstriya, Almaniya, İtaliya və Yunanıstan kimi ölkələrin İrandan qaz almaq istədiklərini vurğulayan Torkan bu ölkələrin ehtiyaclarını ödəmək üçün yeni boru xətti çəkəcəklərini deyib:" Bizim xətt "Nabucco"ya alternativ olmayacaq. Biz əlavə xətt çəkəcəyik". İranın Neft Nazirliyinin nümayəndəsi kəmərin nə zaman çəkiləcəyini və nə qədər vəsaitə başa gələcəyini açıqlamayıb. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar