SON XƏBƏRLƏR

Antalya-Sankt Peterburq təyyarəsi qaçırılıb (YENİLƏNİB)

2021.10.20, 07:36
Antalya-Sankt Peterburq təyyarəsi qaçırılıb (YENİLƏNİB)

Gunaz.tv
Antalya-Sankt Peterburq təyyarəsi qaçırılıb (YENİLƏNİB) turk_hava)yol_15.jpg Səhər saat 10:30-da Türkiyədən havaya qalxan Airubus tipli avialayner Qara dəniz üzərindən uçarkən qaçırılma siqnalı verib Türk Hava Yollarına aid olan Antalya-Sankt Peterburq reysi ilə uçan sərnişin təyyarəsi qaçırılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səhər saat 10:30-da Türkiyədən havaya qalxan Airubus tipli təyyarə Qara dəniz üzərindən keçərkən qaçırılma siqnalı verib. Sərnişinlərdən biri «üzərimdə bomba var» deyə ayağa qalxıb və təyyarədə panika yaradıb. 167 sərnişin olan təyyarənin digər sərnişinləri təyyarəni qaçırmağa cəhd edən şəxsi zərərsizləşdirə biliblər. Son məlumatlara görə, təyyarə hadisədən sonra yoluna davam edib. Atatürk hava limanı fövqəladə iş rejiminə keçib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar