SON XƏBƏRLƏR

“Urmu Gölü”nün quruma təhlükəsi son dərəcə ciddi bir hal alıbdır, İran hakimiyəti heç bir ciddi tədbir almır

2021.10.20, 07:36
“Urmu Gölü”nün quruma təhlükəsi son dərəcə ciddi bir hal alıbdır, İran hakimiyəti heç bir ciddi tədbir almır

Gunaz.tv
“Urmu Gölü”nün quruma təhlükəsi son dərəcə ciddi bir hal alıbdır, İran hakimiyəti heç bir ciddi tədbir almır amdtlogo.jpg Ekoloji uzmanlarının bildirdiyinə görə Urmu Gölü’nün quruma təhlikəsi çox kritik bir aşamaya çatıbdır. Urmu Gölü dünyanın ikinci ən böyük duz gölü olub UNSCO tərəfindən təbii xəzinə kimi tanınmaqdadır. Toplam 102 adası olan bu göl Flamingo və Ağ Pelikan kimi bir çox qonar-köçər quşun yaylağı sayılmaqla birlikdə Artmia adlı nadir bir su canlısının da yaşam sahəsidir Yalnız mələsəf son illərdəki quraqlıq və su qaynaqlarının yanlış yönətimi nədəni ilə bu göl ciddi bir ekolojik böhrana giribdir. Yayınlanan bilgilərə görə göldə su səviyyəsi 6 metir azalıbdır ki bu ekolojik kritik səviyyənin də 2 metir altındadır. Suyun duz səviyyəsinin aşırı dərəcədə artmasının nəticəsində Artmia heyvanının hayatının dəvamı təhlükəyə düşübdür və sayısı ciddi şəkəldə azalıbdır. Artmiyaların azalması, habelə 9 adanın sahilə qovuşmasının nəticəsində göldə yaşayan və yumurtlayan quşların da soylarının dəvamı təhlükəyə düşübdür Gölün suyunun çəkilməsi minlərcə metrəlik duzlaqların ortaya çıxmasına nədən olubdur ki yelin duzları dağıtmasının nəticəsində də bir tərəfdən insanların sağlığı ciddi zərərlərə uğrayır digər yandan da ekin torpaqları işlənməz hala gəlir Bu durumun ortaya çıxmasında yağınlığın azalmasının ciddi tesiri olduğu kimi yanlış su qaynaqları yönətiminin də təsiri çox böyükdür. Bölgədə düzədilən çox sayda sədd gölə su axışını hardasa sifrə düşürübdür. Bu bir haldadır ki bu sədlərdə deoplanan suların da %70’ə yaxını əski suvarma metodlarından dolayı hədər olmaqdadır Bir çox benəlxalq və daxili qurum, quruluş və NGO’nun çağrılarına rəğmən İran hakimiyəti hələ bu qonuda heç bir acil və ya uzun sürəli tədbir almağa meyil göstərməməkdədir. Halbuki bu məsələ Güney Azərbaycan’da insani və ekolojik yaşam baxımından həyati önəm daşımaqdır. Azərbaycan Milli Dirəniş Təşkilati (AMDT) baybak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar