SON XƏBƏRLƏR

AVROPA BİRLİYİ RUSİYA İLƏ ƏMƏKDAŞLIĞI BƏRPA ETMƏDİ

2021.10.20, 07:36
AVROPA BİRLİYİ RUSİYA İLƏ ƏMƏKDAŞLIĞI BƏRPA ETMƏDİ

Gunaz.tv
AVROPA BİRLİYİ RUSİYA İLƏ ƏMƏKDAŞLIĞI BƏRPA ETMƏDİ Qurumun Xarici İşlər Nazirlərinin iclasında bu məsələ ətrafında fikir ayrılığı yaranıb 71.jpg Avropa Birliyinin xarici işlər nazirləri Rusiya ilə əməkdaşlığı bərpa edib-etməməklə bağlı qərar verməyi təxirə salıblar. Bu, birlik üzvləri arasında fikir ayrılıqları ilə bağlıdır. Nazirlər bildirirlər ki, Rusiya qoşunlarını Gürcüstandan çıxarmaqla bağlı öhdəliklərinə əməl etməyib. Bəzi Avropa ölkələri isə hesab edir ki, Moskva atəşkəs müqaviləsinə sadiqdir və qoşunlarını Cənubi Osetiya ətrafından çıxarır. Digər qrup ölkələr isə qoşunların çıxarılması prosesini tam qənaətbəxş qiymətləndirmir. İsveçin xarici işlər naziri Karl Bildt belə deyib: “Rusiya bəzi ərazilərdən qoşunlarını çıxarıb, bu, əsasən bufer zonasıdır, amma rus qoşunlarının qaldığı bəzi ərazilər var ki, avqustun 7-dən əvvəl həmin ərazilər onların nəzarətində deyildi”. Fransa xarici işlər naziri Bernar Kuşner isə deyib ki, Rusiya Medvedyev-Sarkozi planı əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib, toplantının əksər iştirakçıları onunla razılaşıblar. Kuşner deyib ki, nazirlər adından Rusiya ilə əməkdaşlığın dərhal bərpası elan olunsun. Lakin Britaniyanın xarici işlər naziri Devid Milibend Rusiyanın Gürcüstanın separatçı bölgələrini tanımaq haqda qərarını dəyişmədiyini və qoşunlarını bu bölgədə saxlamaqda davam etdiyini deyərək buna qarşı çıxıb. İsveç, Danimarka, Avstriya, Polşa və Baltik ölkələrinin nazirləri onu dəstəkləyiblər. Nəticədə Kuşner təklif edib ki, Rusiya ilə münasibətlərin bərpası məsələsi Avropa Birliyinin gələn ay keçiriləcək sammitinin gündəliyinə çıxarılsın. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar