SON XƏBƏRLƏR

İSVEÇRƏDƏ AZƏRBAYCANLILAR YENİ TƏŞKİLAT YARADIR

2021.10.20, 07:36
İSVEÇRƏDƏ AZƏRBAYCANLILAR YENİ TƏŞKİLAT YARADIR

Gunaz.tv
İSVEÇRƏDƏ AZƏRBAYCANLILAR YENİ TƏŞKİLAT YARADIR elbeyi2.jpg İsveçrədə Azərbaycan diasporunun yeni təşkilatının əsası qoyulur. Oktyabrın 13-də İsveçrənin Sürix şəhərində keçirilən toplantıda təşkilat komitəsi yaradılıb və yeni qurumun məramnaməsinin, eləcə də qeydiyyat sənədlərinin hazırlanmasına başlanıb. Elbəyi Həsənli Təşkilat komitəsinin üzvü Elbəyi Həsənlinin «Media forum» saytına bildirdiyinə görə, adı yaxın vaxtda elan olunacaq yeni qurumun məqsədi Sürix şəhərində yaşayan, Azərbaycanın güneyindən, quzeyindən və Türkiyədən olan soydaşlarımızı təşkilatlandırmaqdır. E.Həsənlinin dediyinə görə, qurum siyasətdən uzaq olacaq. Təşkilat komitəsinə beş nəfər – Azərbaycan Respublikasından olan Elbəyi Həsənli, Hacı Hacılı, Elxan Həsənli, Güney Azərbaycandan olan Nəsimi Araz və Türkiyədən olan Əli Mirzəoğlu daxildir. Elbəyi Həsənli, Hacı Hacılı və Elxan Həsənli 2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkisindən sonra mühacirət ediblər. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar