SON XƏBƏRLƏR

Rusiya-Ukrayna müharibəsi başlaya bilər

2021.10.20, 07:36
Rusiya-Ukrayna müharibəsi başlaya bilər

Gunaz.tv
Rusiya-Ukrayna müharibəsi başlaya bilər moskva.jpg The Wachington Times: "İşğalçı Adolf Hitler yox, Rusiyanın baş naziri Vladimir Putin olacaq" "The Wachington Times" qəzeti Avropanı yeni müharibə təhlükəsinin təhdid etdiyi qənaətindədir. Qəzet hesab edir ki, Rusiya və Ukrayna arasında müharibə başlaya bilər. "The Waşington Times"ə görə, hazırda partlayışı özündə ehtiva edən ocaq Polşada yox, Ukraynadadır. İşğalçı da Adolf Hitler yox, Rusiyanın baş naziri Vladimir Putin olacaq: "Moskva hücuma keçib. Gürcüstana hərbi müdaxilədən və özlərini müstəqil elan etmiş Cənubi Osetiya və Abxaziya regionlarında Rusiyanın hökmranlığının bərqərar olmasından sonra Ukraynanı dağıtmağa, parçalamağa çalışırlar". Qazeta az əvvəl Vladimir Putinin NATO-nun Buxarest sammitində ABŞ prezidenti Corc Buşa söylədiyi sözləri də xatırladır: "Vladimir Putin ABŞ prezidentinə demişdi ki, Ukrayna əsl dövlət deyil, ərazisinin əhəmiyyətli hissəsini zamanında Rusiya ona verib. Rəvan Bütün bunların kökü ondan qaynaqlanır ki, Kremldəki ksenofobiyalı elita Moskvanın totalitar hakimiyyətinə qarşı çıxan Ukryana və Gürcüstana nifrətlə yanaşır. Rusiyanın əsas məqsədi Krım yarımadasını Kiyevin nəzarətindən çıxarmaqdır". Müəllif qeyd elir ki, Moskva Krımdlakı tərəfdarlarına minlərlə Rusiya pasportu paylayıb. Planın əsasında Cənubi Osetiya və Abxaziyada baş verənləri təkrarlamaq durur. Yəni Rusiya "vətəndaşlarını" qorumaq üçün "sülhməramlıların" göndərioməsinə bəhanə yaradılır: "Ancaq Ukrayna Gürcüstan deyil, böyük və yaxşı silahlanmış bir ölkədir, rus hegomonluğu dövrünü ukraynalılar yaxşı xatırlayırlar. Moskvanın istənilən cəhdi açıq müqavimətlə qarşılanacaq. Bu da qanşı Rusiya-Ukrayna müharibəsinə gətirib çıxaracaq. Bu müharibəyə Polşa və Pribaltika ölkələri də istər-istəməz daxil olacaqlar. Polşa və Pribaltika ölkələri isə NATO üzvləridirlər. Vladimir Putinin aqressiv millətçiliyi Avropada konflikti alovlandıra bilər".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar