SON XƏBƏRLƏR

ATƏT yekun hesabatını 2 ay sonra açıqlayacaq

2021.10.20, 07:36
ATƏT yekun hesabatını 2 ay sonra açıqlayacaq

Gunaz.tv
ATƏT yekun hesabatını 2 ay sonra açıqlayacaq 20081015115317_1.jpg "Yeni Şərq"in lent.az-a istinadən verdiyi məlumata əsasən, ATƏT yekun hesabatını 2 ay sonra açıqlayacaq. “Seçkilərlə bağlı hələlik heç nə deyə bilmərəm, çünki səsvermə yeni başlayıb. Biz yalnız seçkiqabağı situasiya barədə danışa bilərik. Bununla bağlı iki hesabat yaymışıq. Seçki kampaniyası zamanı namizədlərin mediaya çıxışı ilə bağlı müəyyən problemlər vardı”. Bunu jurnalistlərə açıqlamasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Yanes Lenarçiç deyib. O, oktyabrın 16-da seçkilərin yekunları ilə bağlı ilkin bəyanatla çıxış edəcəklərini, yekun hesabatın isə 2 ay sonra açıqlanacağını söyləyib. Y. Lenarçiç bildirib ki, ATƏT-in uzunmüddətli missiyası daha 2 həftə Azərbaycanda qalaraq şikayətləri qəbul edəcək və araşdıracaq. Qeyd edək ki, ATƏT-in müşahidə missiyasında 40-dan artıq ölkədən 360 qısamüddətli və 27 uzunmüddətli müşahidəçi təmsil olunur. Yeni Şərq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar