SON XƏBƏRLƏR

MAKKEYNİN ÜMİDİ SÜRPRİZƏ QALIB

2021.10.20, 07:36
MAKKEYNİN ÜMİDİ SÜRPRİZƏ QALIB

Gunaz.tv
MAKKEYNİN ÜMİDİ SÜRPRİZƏ QALIB Amerikada 1936-cı il seçkilərindən bu yana heç bir namizəd rəqibindən onun qədər geridə olmayıb 5842.jpg ABŞ-da prezident seçkilərinə 3 həftə qalmış namizədlərdən birini artıq uduzmuş hesab etmək olar. Bu, respublikaçı namizəd Con Makkeyndir. Amerikada seçkilərin nəticələrinə dair ən düzgün proqnozlar verən politoloq Çarlz Kuk deyib ki, Makkeynin prezident seçkilərini udmaq şansı praktiki olaraq yoxdur. Onun sözlərinə görə, Makkeyni ancaq xaricdə “oktyabr sürprizi” hesab olunacaq hansısa mühüm hadisə xilas edə bilərdi. ABŞ-da “oktyabr sürprizi” termini prezident seçkilərinin son mərhləsində nəticələrə təsir edəcək hansısa gözlənilməz hadisənin baş verməsini müəyyənləşdirmək üçün istifadə olunur. “Bütün diqqətlərin iqtisadiyyata yönəldiyi bir vaxtda Makkeynin bu seçkiləri udmaq şansı yoxdur”, - deyə Kuk bildirib. Onun fikrincə, Makkeynin gücünü bərpa etmək üçün ABŞ-ın milli təhlükəsizliyi və ya başqa mövzu ilə bağlı hansısa ciddi hadisə baş verməlidir. “İndi əsas müzakirələr onun üzərində qurulub ki, respublikaçı namizəd seçkiləri nə qədər fərqlə uduzacaq”, deyə politoloq bildirib. Qeyd edək ki, rəy sorğularına görə, Makkeyn Barak Obamadan 6-10 faiz geridə qalır. ABŞ-da 1936-cı il seçkilərindən bu yana heç bir namizəd oktyabr ayında rəqibindən bu qədər geridə olmayıb. Makkeyn Obamadan geridə olduğunu etiraf edərək deyib ki, seçkilərə üç həftə qalmış onun rəqibi 6 faiz öndədir. Lakin respublikaçı namizəd Amerika KİV-lərinin onu artıq yarışdan çıxarması ilə razılaşmır. “Bilirsinizmi onlar nəyi unudublar? Onlar unudublar ki, qərarı seçicilər verəcək”, - deyə Makkeyn bildirib. Bəzi ekspertlərə görə, Makkeyni son anda hələ kimə səs verəcəyini müəyyən etməyən elektorat da xilas edə bilər. Bura Obamanın dərisinin rənginə görə onu bəyənməyən “gizli irqçilər” də daxildir. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar