SON XƏBƏRLƏR

Brayza ermənilərə od qoyub

2021.10.20, 07:36
Brayza ermənilərə od qoyub

Gunaz.tv
Brayza ermənilərə od qoyub Erməni ekspert:"ABŞ-ın erməni lobbisi onu həmsədrlikdən uzaqlaşdırmağa çalışmalıdır" "Metyu Brayza sübut etdi ki, o, neytral tərəf deyil və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində Azərbaycana açıq dəstək verir". Bu sözləri Ermənistanın "Mitk" analitik mərkəzinin eksperti Eduard Abramyan "PanArmenian.net"ə açıqlamasında bildirib. Xatırladaq ki, bu günlərdə BBC radiosunun Rus xidmətinə müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza bildirmişdi:"ABŞ hesab edir ki, Azərbaycanın ərazi bütövlüyü Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsipi olmalıdır. Biz hesab edirik ki, Azərbaycanın ərazi bütövlüyü prinsipindən başlamalıyıq, sonra isə danışıqların kompromis və çərçivə sazişinə çatdırmaq üçün digər prinsiplər əlavə olunmalıdır. Bu o deməkdir ki, biz hamımız hüquqi cəhətdən və beynəlxalq qanunlara görə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməliyik". Brayza danışıqları anlaşma ilə yekunlaşdırmaq üçün Ermənistanı da bununla - Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə razılaşmağa çağırmışdı. Aşkar görünür ki, amerikalı diplomatın bu ədalətli bəyanat və çağırışı İrəvanda çoxlarını razı salmayıb, hətta Eduard Abramyana od qoyub. "Brayza münaqişənin tarixi barədə heç nə bilmir",-deyə erməni ekspert bildirib. Bununla da ürəyi soyumayan Abramyan Brayzanın "özünü tükətdiyini" və "erməni tərəfində eyni dərəcədə etimadının ola bilməyəəcəyini" deyib:"ABŞ-ın erməni lobbisi Metyu Brayza kimi şübhəli personaların həmsədrlikdən uzaqlaşdırılması üçün fəal şəkildə iş görməlidir". X.Rüstəm express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar