SON XƏBƏRLƏR

Ordu NATO-ya uyğunlaşır...

2021.10.20, 07:36
Ordu NATO-ya uyğunlaşır...

Gunaz.tv
Ordu NATO-ya uyğunlaşır... Müdafiə Nazirliyi ilə Baş Qərargah vəzifə və səlahiyyət bölgüsü aparmağa başladılar Azərbaycan Müdafiə Nazirliyi ilə Silahlı Qüvvələrin Baş Qərargahı arasında vəzifə və səlahiyyət bölgüsü müəyyənləşdirilir. Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, artıq bununla bağlı NATO ekspertlərinin iştirakı ilə müzakirələrə başlanılıb. Bu məqsədlə oktyabrın 30-31-də Bakıda Müdafiə Nazirliyi və Baş Qərargahın G strukturuna keçidi ilə əlaqədar NATO-nun Ali Birləşmiş Transformasiya Komandanlığı Qərargahının ekspertləri ilə Müdafiə Nazirliyinin işçi qrupunun görüşü keçiriləcək. Görüşdə Baş Qərargah strukturunun NATO ölkələrində olduğu kimi Müdafiə Nazirliyindən ayrılması, eləcə də Müdafiə Nazirliyinin strukturunda dəyişikliklər, NATO strukturlarına uyğunlaşdırılması məsələlərinin müzakirəsi gözlənilir. Qeyd edək ki, dünyanın bir çox ölkəsində Baş Qərargah Müdafiə Nazirliyindən ayrı fəaliyyət göstərir. NATO-nun tələblərindən biri də Azərbaycan Müdafiə Nazirliyinin strukturunda dəyişikliklərin edilməsi, müdafiə naziri postuna mülki şəxsin gətirilməsi ilə bağlıdır. Düzdür, son vaxtlar NATO yetkililəri Müdafiə Nazirliyinin başına mülki şəxsin gətirilməsində və yaxud müdafiə naziri general-polkovnik Səfər Əbiyevin vəzifəsindən uzaqlaşdırılmasında elə də təkid etmirlər. Bununla bağlı hər hansı bir qərarın verilməsinin Azərbaycan rəhbərliyinin seçimi olduğunu qeyd edirlər. Azərbaycan tərəfi isə ölkənin müharibə şəraitində olduğunu əsas gətirərək müdafiə nazirinin hərbi şəxs olmasında israr edir. Lakin bəzi mənbələr prezident seçkisindən sonra yeni hökuməti formalaşdırarkən ölkə rəhbərliyinin həmin israrının davam etməyəcəni istisna etmirlər. Yeri gəlmişkən, Azərbaycan Silahlı Qüvvələrinin tədris müəssisələrində "NATO Günləri" keçiriləcək. Oktyabrın 26-dan 29-dək keçiriləcək tədbirlər çərçivəsində müdavimlərə NATO, bu alyansla əlaqələr, sülhyaratma missiyalarında iştirakı və s. anlayışlar veriləcək. "NATO Günləri" NATO-nun Ali Birləşmiş Transformasiya Komandanlığı Qərargahının nümayəndə heyətinin iştirakı ilə keçiriləcək. Azad Xəlil express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar