SON XƏBƏRLƏR

TÜRKİYƏ ERMƏNİSTANDAN OPTİK KABEL ÇƏKƏCƏK?

2021.10.20, 07:36
TÜRKİYƏ ERMƏNİSTANDAN OPTİK KABEL ÇƏKƏCƏK?

Gunaz.tv
TÜRKİYƏ ERMƏNİSTANDAN OPTİK KABEL ÇƏKƏCƏK? Oktyabrın sonuna qədər «ArmenTel» şirkəti Türkiyənin «Türk Telecom» telekommunikasiya şirkəti ilə optik-tel rabitə kabelinin çəkilməsi haqda müqavilə imzalayacaq. Bunu «ArmenTel»in mətbuat xidməti bəyan edib. «Turan» agentliyinin məlumatına görə, «ArmenTel» bildirib ki, hazırda bu istiqamətdə danışıqlar yekunlaşmaq üzrədir. Kabellərin Ermənistan-Türkiyə sərhədində kəsişmə yeri də müzakirə olunur. Saziş bağlanandan sonra kabel çəkilməsi üçün işlər başlayacaq. Nəzərdə tutulan müqavilənin şərtlərinə əsasən, «Türk Telekom» optik rabitə kanalını «ArmenTel»ə icarəyə verəcək. Layihənin dəyəri kommersiya sirridir. «Türk Telecom» 2005-ci ilə qədər dövlət şirkəti olub. Şirkətin səhmlərinin 55 faizi Türkiyənin «Oger Group» şirkətinə, 30 faizi Türkiyə hökumətinə, 15 faizi səhmdarlara məxsusdur. Şikrətin daimi rabitəsi olan abunəçilərinin sayı 17,8 milyon, ADSL abunəçilərinin sayı 5,2 milyon, GSM abunəçilərinin sayı 11 milyondur.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar