SON XƏBƏRLƏR

Türkiyə İraqın kürd administrasiyası qarşısında beş şərt qoyub

2021.10.20, 07:36
Türkiyə İraqın kürd administrasiyası qarşısında beş şərt qoyub

Gunaz.tv
Türkiyə İraqın kürd administrasiyası qarşısında beş şərt qoyub Bu gün İraqa səfəri başlayan Türkiyə nümayəndə heyəti bu ölkədəki kürd administrasiyasına rəsmi Ankaranın 5 tələbini çatdıracaq. Bu barədə Türkiyənin “Dünyabülteni” informasiya agentliyi məlumat verib. Ankaranın şərtləri aşağıdakılardan ibarətdir: 1. Kürd administrasiyası PKK-nı rəsmi şəkildə terror təşkilatı elan etməli; 2. İraqın şimalındakı PKK düşərgələri və PKK-nın siyasi büroları bağlanılmalı; 3. Kürd administrasiyası tərəfindən PKK-ya verilən maddi-texniki dəstək dərhal dayandırılmalı; 4. İnterpol tərəfindən axtarılan və İraqın şimalında gizlənən PKK terrorçuları Türkiyəyə təhvil verilməli; 5. Kürd administrasiyası PKK haqqında malik olduğu kəşfiyyat xəbərlərini Türkiyəyə təqdim etməlidir. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar