SON XƏBƏRLƏR

İFTAR QONAQLIĞINDA TUTULAN GÜNEYLİ YAZARLAR AİLƏ ÜZVLƏRİ İLƏ GÖRÜŞÜBLƏR

2021.10.20, 07:36
İFTAR QONAQLIĞINDA TUTULAN GÜNEYLİ YAZARLAR AİLƏ ÜZVLƏRİ İLƏ GÖRÜŞÜBLƏR

Gunaz.tv
İFTAR QONAQLIĞINDA TUTULAN GÜNEYLİ YAZARLAR AİLƏ ÜZVLƏRİ İLƏ GÖRÜŞÜBLƏR Oktyabrın 13-də Tehranın Evin zindanının 209-cu korpusunda saxlanan 5 azərbaycanlı - çapına qadağa qoyulmuş «Dilmanc» jurnalının baş redaktoru Əlirza Sərrafi, «Yaşmaq» jurnalının baş redaktoru Səid Məhəmmədi (Muğanlı), «Varlıq» jurnalının yazarı Həsən Raşedi, hüquq müdafiəçisi Həsən Rəhimi, şair və müəllim Mehdi Nəimi ailə üzvləri ilə görüşüblər. «Media forum» saytının məlumatına görə, görüş yarım saat çəkib. Məhbuslar görüşdə zindandakı ağır şəraitdən şikayətləniblər. Fəallar təkadamlıq kameralarda saxlandıqlarını, sutka ərzində dindirildiklərini, müxtəlif təhqir və təzyiqlərə məruz qaldıqlarını deyiblər. Adı çəkilən fəallar sentyabrın 10-da Tehranın Nəvvab küçəsində bir güneylinin təşkil etdiyi iftar mərasimində tutulublar. Həmin gün 20-yə yaxın fəal saxlanıb. Sonradan onların əksəri tədricən azadlığa buraxılıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar