SON XƏBƏRLƏR

Rusiyaya məxsus təyyarələr iki dəfə ölkənin hava məkanını pozublar - Gürcüstan XİN-i

2021.10.20, 07:36
Rusiyaya məxsus təyyarələr iki dəfə ölkənin hava məkanını pozublar - Gürcüstan XİN-i

Gunaz.tv
Rusiyaya məxsus təyyarələr iki dəfə ölkənin hava məkanını pozublar - Gürcüstan XİN-i Gürcüstan Xarici İşlər Nazirliyi bazar ertəsi axşam rəsmi bəyanat yayıb. Bəyanatda bildirilir ki, oktyabrın 13-də ölkənin hava məkanı iki dəfə Rusiyaya məxsus hərbi təyyarələr tərəfindən pozulub. Bu barədə məlumatı RİA Novosti agentliyi yayıb. "09.57-də iki təyyarə Stepansminda yaxınlığında sərhədi pozublar və Gürcüstan ərazisi ilə 18 kilometr irəliləyiblər. Saat 10.01-də təyyarələr Rusiyaya Cava rayonundan geri dönüblər", - deyə bəyanatda vurğulanıb. İkinci fakt saat 10.00 və 12.30 radələri arasında Mkinvarsveri (Kazbeq dağı) və Stepansminda arasında qeydə alınıb. Bu zaman Gürcüstan ərazisinə üç təyyarə daxil olub. Onlar Oni, Saçxere, Cava, Sxinvali və Kazbegi rayonları üzərində uçublar. RİA Novosti Rusiya Müdafiə Nazirliyindən faktla bağlı şərh ala bilməyib. Gürücstan XİN-i beynəlxalq birliyə müraciət edərək Rusiya təcavüzünə qarşı müvafiq tədbirlərin görülməsini istəyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar