SON XƏBƏRLƏR

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb

2021.10.20, 07:36
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb

Gunaz.tv
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb narkotik.jpg Astara Gömrük İdarəsinin əməkdaşları İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirilməsinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, idarəyə daxil olmuş əməliyyat məlumatına əsasən, İran vətəndaşı Cabbar-Necad Ramin Mikayıl oğlu idarə etdiyi “İveco” markalı, THR-69512/3 nömrəli yük maşını ilə İrandan Azərbaycana gələrkən Astara Gömrük İdarəsinin Yük şöbəsində gömrük nəzarətindən keçirilib. "Qara" ləqəbli kinoloji xidmət itinin iştirakı ilə aparılan gömrük baxışı zamanı, maşının qoşqusunun arxa hissəsində, ramanın altında olan ehtiyat təkərin içərisində, gömrük nəzarətindən gizlədilmiş bağlamada kristal formalı, ümumi çəkisi, 10551 qram narkotik vasitə - heroin aşkarlanaraq götürülüb. Faktla bağlı təhqiqat aparılır. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar