SON XƏBƏRLƏR

Şəmkirdə təlim zamanı üç əsgər həlak olub

2021.10.20, 07:36
Şəmkirdə təlim zamanı üç əsgər həlak olub

Gunaz.tv
Şəmkirdə təlim zamanı üç əsgər həlak olub tank_yanir.jpg Qeyri-dəqiq məlumatlara görə, hadisə oktyabrın 13-də baş verib «Yeni Müsavat» qəzetinin yazdığı məlumata görə, Şəmkirdə yerləşən «N» saylı hərbi hissədə tank yanıb. Qeyri-dəqiq məlumatlara görə, hadisə oktyabrın 13-də baş verib. Hadisə nəticəsində tankda olan bir zabit və iki əsgər tankda yanaraq ölüb. Ölən əsgərlərdən birinin Tovuz rayonundan olduğu bildirilir. ANS PRESSin bölgə müxbirinin məlumatına görə, əsgərlərdən birinin adı İbrahim Feydəhməd oğlu Məlikovdur. Xaçmaz rayon Hərbi Komissarlığından 20 yaşlı əsgərin ailəsinə verilən məlumata görə, tankda yanğın qəfildən başlayıb. Üç əsgər yanğını söndürmək istəyəndə isə mərmi partlayıb. Aidiyyatı qurumlar faktı təsdiqləsələr də istintaqın gedişinə mane olmamaq səbəbi gətirilərək məlumat vermirlər. Xatırladaq ki, oxşar hadisə bir neçə gün əvvəl Naxçıvanda baş vermişdi. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar