SON XƏBƏRLƏR

TEHRANDA PİŞİKLƏRİ AXTALAMA LAYİHƏSİ BAŞLAYIR. SİÇOVULLARA və SAHİBSİZ İTLƏRƏ QARŞI DA MÜBARİZƏ PROQRAMI HAZIRLANIR

2021.10.20, 07:36
TEHRANDA PİŞİKLƏRİ AXTALAMA LAYİHƏSİ BAŞLAYIR. SİÇOVULLARA və SAHİBSİZ İTLƏRƏ QARŞI DA MÜBARİZƏ PROQRAMI HAZIRLANIR

Gunaz.tv
TEHRANDA PİŞİKLƏRİ AXTALAMA LAYİHƏSİ BAŞLAYIR. SİÇOVULLARA və SAHİBSİZ İTLƏRƏ QARŞI DA MÜBARİZƏ PROQRAMI HAZIRLANIR Tehran meriyası paytaxt pişiklərinin sonsuzlaşdırılması layihəsi həyata keçirəcəyini açıqlayıb. «Media forum» saytının məlumatına görə, meriyanın rəsmisi Məhəmməd Həsən Əmrullahi jurnalistlərə açıqlamasında layihənin pişiklərin artıb-törəməsinin qarşısını almaq məqsədi daşıdığını vurğulayıb. Layihəyə görə, həm erkək, həm də dişi pişikləri tələyə salaraq tutub axtalayacaqlar. Aksiya Heyvanları Himayə Qurumunun əməkdaşlığı ilə həyata keçiriləcək. Əmrullahi sahibsiz itləri yığışdırmaq və gündən-günə artan siçovulların məhvi üçün də müəyyən proqramlar hazırlandığını bildirib. Siçovullar xüsusi narahatlıq doğurur: 13-14 milyonluq Tehranda siçovulların əhalinin sayından üç qat çox olduğu vurğulanır «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar