SON XƏBƏRLƏR

Qarsı erməni oylağına çevirmək olmaz

2021.10.20, 07:36
Qarsı erməni oylağına çevirmək olmaz

Gunaz.tv
Qarsı erməni oylağına çevirmək olmaz" QAT Anadolu türklərinə müraciət göndərib "Biz ermənilərlə işbirliyi yapan AKP iqtidarına müraciət etməyə ehtiyac görmürük" Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyənin Qars şəhərində keçirilməsi nəzərdə tutulan "Qafqaz festivalı" və Ermənistan prezidenti Serj Sarkisyanın bu ölkəyə gözlənilən səfərilə bağlı Anadolu türklərinə müraciət göndərib. QAT-ın müraciətində təşkilatın Türkiyə iqtidarına deyil, şərəfli və qələbələrlə zəngin bir tarix yaşamış Türkiyə türklərinə müraciət edildiyi bildirilir, xalqın AKP hökumətinin yürütdüyü, ermənilərlə "dostluq" siyasətinin qarşısını almağa çağırış səsləndirilir: Tural "Biz ermənilərlə işbirliyi yapan AKP iqtidarına müraciət etməyə ehtiyac görmürük. Ancaq şəxsi maraqları naminə bu iqtidar ermənilərin bizlərə və sizlərə qarşı törətdikləri bütün vəhşilikləri, işğal və terror cinayətlərini unudaraq düşmənlə təmas qurmağa başlayıb, dünənki dostlara isə üz çevirib. Onları tarixin ixtiyarına buraxır və ümid edirik ki, siz özünüz bu xəyanətkar xəttin həyata keçirilməsinə imkan verməyəcəksiniz". QAT-ın müraciətində xalqın fəal hissəsinin Ermənistan prezidentini Türkiyəyə səfərinə etiraz etməsinə və bu "ziyarətin" reallaşmaması üçün heç vaxt düşmənin qarşısında geri çəkilməyən türklərin qəti addımlar atmasına çağırılır: "Həmin Serj Sərkisyan azərbaycanlıları, xüsusilə də Xocalıda dinc əhalini qırmasıyla fəxr etdiyini dəfələrlə mətbuatda bildirib. Hətta Ermənistan prezidenti son açıqlamalarından birində açıq şəkildə bəyanlayıb ki, "azərbaycanlılar elə bilirdilər ki, biz dinc əhaliyə əl qaldırmarıq. Biz Xocalıda bu fikri dağıtdıq". Ümid edirik ki, bu erməni qaniçəninin belə hiyləgər barışıq əlinin uzadılmasına imkan verməyəcəksiniz". QAT bəyanlayıb ki, son vaxtlar Qars bələdiyyə rəhbərliyinin təşəbbüsüylə "Qafqaz festivalı" keçirmək niyyətlərilə bağlı məlumatların yayılması da Azərbaycan ictimaiyyətində narahatlıq doğurub. "Qafqaz festivalı" daha çox "erməni festivalının" təşkil olunmasıdır: "Qarsın erməni qafalı bələdiyyə başqanını başa salmağa və onu fikrindən daşındırmağa ehtiyac yaranıb. Bu cür hərəkətlərilə ermənilərə xidmət göstərən bu şəxs onların Qarsda törətdikləri vəhşilikləri, oradakı kütləvi məzarlıqları unutmamalıdır. Qars Azərbaycan və Türkiyə vətəndaşları üçün müştərək və tarixi bir ərazidir. Qarsı erməni oylağına çevirmək olmaz". Müraciətdə Türkiyədə bəzi adamların tarixi unudaraq "bir millət-iki dövlət" taleyini dəyişməyə, onun yerində "iki düşmən-bir dövlət" reallığını yaratmağa çalışanlara qarşı türklərin ayıq olmasına da çağırışlar yer alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar