SON XƏBƏRLƏR

Rusiya mübahisəli adaları Çinə verdi . 40 il davam edən mübahisəyə son qoyuldu

2021.10.20, 07:36
Rusiya mübahisəli adaları Çinə verdi . 40 il davam edən mübahisəyə son qoyuldu

Gunaz.tv
Rusiya mübahisəli adaları Çinə verdi 40 il davam edən mübahisəyə son qoyuldu gol.jpg Rusiya Böyük Ussuriya adasının bir hissəsini və Amur çayındakı Tarabar adasını Çinin nəzarətinə verib. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib. Bu gün Böyük Ussuriya adasında sərhəd dirəklərinin qurulması ilə bağlı təntənəli tədbir keçiriləcək. Tədbirdə hər iki ölkənin Xarici İşlər, Müdafiə nazirliklərinin, Sərhəd Xidməti və yerli hakimiyyət orqanlarının nümayəndələri iştirak edəcəklər. Amur çayı üzərindəki mübahisəli ərazilərin bölünməsi barədə razılaşma hələ 2004-cü ildə imzalanıb. Lakin sərhəd hüquqi cəhətdən ancaq 2007-ci ildə formalaşdırılıb. İki ölkə arasında adalarla bağlı mübahisə 40 il davam edib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar