SON XƏBƏRLƏR

İRAN 60 NÜVƏ BOMBASI HAZIRLAYA BİLƏR . Tehrana bu işdə Rusiya kömək edəcək

2021.10.20, 07:36
İRAN 60 NÜVƏ BOMBASI HAZIRLAYA BİLƏR . Tehrana bu işdə Rusiya kömək edəcək

Gunaz.tv
İRAN 60 NÜVƏ BOMBASI HAZIRLAYA BİLƏR Tehrana bu işdə Rusiya kömək edəcək 480.jpg İran yaxın 2 ildə 60-a qədər nüvə bombası hazırlaya bilər. Milanda keçirilən konfransdakı çıxışı zamanı nüvə silahlarının yayılmasına qarşı aparıcı ekspertlərdən hesab edilən Henri Sokolski bildirib ki, Buşəhr atom elektrik stansiyasının işə düşməsindən sonra İrana nüvə bombası əldə etmək çətin olmayacaq. H.Sokolskinin sözlərinə görə, Buşəhr AES gələn il istifadəyə veriləcək, İran isə nüvə tullantılarının işlənilməsi üçün zəruri texnologiyaya malikdir. Ona görə də İran Buşəhr AES-dən nüvə yanacağının tullantılarının götürərək ondan qısa müddət ərzində plutonium hazırlaya bilər. Razılaşmaya görə, Rusiya Buşəhr AES-i yanacaqla təmin edəcək, ancaq həmin yanacağın qalıqlarını 2 il sonra geri aparmalıdır. “Heç kim bilmir ki, bu 2 il ərzində İran nə edəcək”- deyə ekspert bildirib. Sokolski deyib ki, Buşəhr AES-in fəaliyyətinin birinci 18 ayında azı 30 nüvə bombası hazırlamağa imkan verən nüvə tullantları əldə olunacaq. Bu arada İran ABŞ-la birbaşa danışıqlar üçün iki şərt irəli sürüb. Lakin bəri başdan görünür ki, İranın irəli sürdüyü şərtlər danışıqlara xidmət etmir. İran prezidentinin mətbuat müşaviri Mehdi Kalhor deyib ki, əgər ABŞ İsraili dəstəkləməkdən əl çəksə, bu ölkə ilə birbaşa danışıqlar aparıla bilər. Kalhor ABŞ-da prezidentliyə namizəd Barak Obamanın seçkilərdə qalib gələcəyi halda İranla birbaşa danışıqlar aparacağı haqda bəyanatını şərh edərkən belə deyib. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar