SON XƏBƏRLƏR

ERMƏNİ ƏSİLLİ REDAKTORUN ÖLÜMÜ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ BAŞLAYIB

2021.10.20, 07:36
ERMƏNİ ƏSİLLİ REDAKTORUN ÖLÜMÜ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ BAŞLAYIB

Gunaz.tv
ERMƏNİ ƏSİLLİ REDAKTORUN ÖLÜMÜ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ BAŞLAYIB dink.jpg Türkiyədə “Agos” qəzetinin 2007-ci ildə qətlə yetirilən redaktoru erməni əsilli Qrant Dinkin ölümü ilə bağlı məhkəmə prosesi başlayıb. Bununla bağlı 18 şübhəli şəxsin 8-i cəzaçəkmə müəssisəsindən məhkəmə zalına gətirilib. Qətlin icraçısı olduğu iddia edilən Ogün Samast isə prosesdə iştirak etməyib. Onun psixoloji vəziyyətində problemlər olduğu açıqlanıb. /İctimai TV/ -------------------------------------------------------------------------- PREZİDENT SEÇKİSİ İLƏ BAĞLI HAZIRLIQ İŞLƏRİ YEKUNLAŞDIRLIR mezahir_penahov.jpg Azərbaycanda keçiriləcək prezident seçkilərində 4 milyon 800 mindən yuxarı seçici, 5 min 359 məntəqədə səs verəcək. Məntəqələrin 33-ü Azərbaycan hüdudlarından kənardadır. 500 məntəqədə veb kamera quraşdırılıb. Bu kameralar vasitəsi ilə seçki prosesini izləmək mümkün olacaq. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun bildirdiyinə görə, qeydiyyatdan keçən 47 min müşahidəçidən 1258-i beynəlxalq qurumların nümayəndələridir. Cəza çəkmə müəssisələrində 24 məntəqənin də fəaliyyət göstərəcəyini deyən MSK sədri sabah təxminən saat 22 radələrində səsvermənin ilkin nəticələri barədə məlumat veriləcəyini bildirib. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar