SON XƏBƏRLƏR

Bakı-Tbilisi-Qars 2011-ci ildə hazır olacaq

2021.10.20, 07:36
Bakı-Tbilisi-Qars 2011-ci ildə hazır olacaq

Gunaz.tv
Bakı-Tbilisi-Qars 2011-ci ildə hazır olacaq 2_141008.jpg Azərbaycan tərəfi dəmir yolunun tikintisinin yubanması barədə məlumatları təkzib edir Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində tikinti işləri üç mərhələdə aparılır. Hazırda 6 kilometr yolun yataq işləri başa çatdırılıb. Dövlət Dəmir Yolu İdarəsindən "Lent.az"a bildiriblər ki, bu layihənin icrasının Gürcüstan ərazisində yubanması barədə məlumatlar həqiqətə uyğun deyil və indiki vəziyyətdə dəmir yolun tikintisi qrafikə uyğun gedir. Bundan başqa 154 kilometrlik Marabda-Axalkalakinin reabilitasiyası və konstruksiyası işləri də davam etdirilir. Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə ötən ilin noyabrında başlanıb. Azərbaycan hökuməti bu yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün qonşu ölkəyə güzəştli şərtlərlə 200 milyon dollar kredit ayırıb. Həmin kredit hesabına Gürcüstan ərazisində 29 kilometr uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək. Layihənin ümumi dəyəri isə 600 milyon dollardan çoxdur. Dəmir yolunun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır. sherg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar