SON XƏBƏRLƏR

İsraildə koalisiya hökuməti qurulur

2021.10.20, 07:36
İsraildə koalisiya hökuməti qurulur

Gunaz.tv
İsraildə koalisiya hökuməti qurulur 20081014123705_1.jpg İsrailin “Kadima” və “Avoda” partiyaları Knessetdə koalisiya formalaşdırılması barədə razılığa gəliblər. "Yeni Şərq"in lent.az-a istinadən verdiyi məlumata görə, artıq partiyalar arasında ilkin razılaşma imzalanıb. “Kadima” və “Avoda”120 yerlik parlamentdə 48 deputat yerinə malikdirlər. Bu rəqəm koalisiyanı qurmaq üçün kifayət etmədiyindən “Kadima” “Şas” (12 deputat), “Merets” (5 deputat) və “Qil” (3 deputat) partiyaları ilə də danışıqlar aparmaq niyyətindədir. Knessetdə koalisiya hökuməti formalaşsa “Kadima”nın yeni lideri, hazırkı xarici işlər naziri Tsipi Livni baş nazir postunu tutacaq. “Avoda”nın lideri, hazırkı müdafiə naziri Exud Barakın isə baş nazirin müavini postunu tutacağı planlaşdırılır. Qeyd edək ki, “Likud” partiyasının lideri Benyamin Netenyahu “Kadima” ilə koalisiya hökumətinə daxil olmaqdan imtina edib. Netenyahu Livnini “xalqın iradəsinin əksinə gedərək” növbədənkənar seçkilərdən yayınmaqda ittiham edir. Tsipi Livni “Kadima”ya adı korrupsiya qalmaqallarında hazırlanan baş nazir Exud Olmertin istefasından sonra başçılıq etməyə başlayıb. Prezident Şimon Peres sentyabrın 22-də Livniyə hökuməti qurmaq səlahiyyətləri verib. Konstitusiyaya görə, hökumət 42 gün ərzində qurulmalıdır. Yeni Şərq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar