SON XƏBƏRLƏR

Azərbaycanın İrandakı səfiri mətbuat konfransı keçirib

2021.10.20, 07:36
Azərbaycanın İrandakı səfiri mətbuat konfransı keçirib

Gunaz.tv
Azərbaycanın İrandakı səfiri mətbuat konfransı keçirib irandaki-sefirlik.jpg Azərbaycanın İrandakı səfiri mətbuat konfransı keçirib Abbasəli Həsənov: “Seçkilərdə iştirak etmək üçün bütün siyasi partiyaların və bitərəflərin hüquqları tam şəkildə təmin edilib” Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov ölkəmizdə aparılan seçki islahatları və 15 oktyabr - prezident seçkiləri ilə əlaqədar İran ictimaiyyətində aydın təsəvvür yaratmaq məqsədi ilə səfirlikdə yerli jurnalistlər üçün mətbuat konfransı keçirib. Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində aparılan islahatlar barədə ətraflı məlumat verən səfir qarşıdan gələn prezident seçkilərində iştirak edən namizədlərə yaradılmış bərabər imkanlar barədə məlumat verib. O, qeyd edib ki, seçkilərdə iştirak etmək üçün bütün siyasi partiyaların və bitərəflərin hüquqları tam şəkildə təmin edilib. Namizədlərin tərəfdarlarının sərbəst toplaşmasına, təbliğat-təşviqat işlərinə normal şərait yaradılmış, seçkiləri müşahidə etmək üçün müraciət edən xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin müşahidəcilik hüququ təmin edilib. Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov səfirliyin bir qrup əməkdaşı və 16 saylı Yasamal ikinci seçki dairəsi dairə seçki komissiyasının səfirlikdəki 35 saylı məntəqə seçki komissiyasının üzvləri ilə birlikdə Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşları olan tələbələrlə də görüşüb. Görüşdə tələbələrin rəy və təklifləri dinlənilmiş, oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı onlara izahat xarakterli məlumatlar çatdırılıb. Səfir Abbasəli Həsənov İranda təhsil alan azərbaycanlı tələbələri maraqlandıran məsələlərdən danışıb, onların təhsillərinin gedişi ilə maraqlanıb. Qeyd edilib ki, səfirlik tələbələrin təhsilinin daha səmərəli təşkil olunması üçün bütün lazımi köməyi göstərməyə hazırdır. Konsul Fuad Əliyev tələbələrin viza, konsulluq qeydiyyatı, yeni doğulan uşaqların doğum haqqında şəhadətnamə alınması və digər sənədləşmə işlərinə dair suallarını cavablandırıb. Qərara alınıb ki, səsvermə günü tələbələr səfirliyin təşkil etdiyi avtobuslarla Tehran şəhərinə gəlib səsvermədə iştirak etsinlər. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar