SON XƏBƏRLƏR

Sərkisyan Molla Nəsrəddinə dönüb

2021.10.20, 07:36
Sərkisyan Molla Nəsrəddinə dönüb

Gunaz.tv
"Sərkisyan Molla Nəsrəddinə dönüb" "Cəmi bir neçə ay əvvəl Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan Türkiyədən xahiş edir, yalvarırdı ki, Qars-Axalkalaki-Bakı dəmiryolunu tikməsinlər. O, Qars-Gümrü marşrutunun olduğunu deyir, Türkiyədən Azərbaycana və əks istiqamətə yüklərlə sərnişinlərin həmin istiqamətlə daşına biləcəyini söyləyirdi. "Buyurun, gedin, bizim ərazimizdən pulsuz istifadə edin" deyirdi Oskanyan". Ermənistanın müdafiə nazirinin sabiq müavini Vahan Şirxanyan "A1+" agentliyinə verdiyi müsahibəsində Cənubi Qafqazı qaynayan bazar, İrəvandakı hakimiyyəti isə satqın və qorxaq adlandırıb. "Bazar ifadəsi hər yerdən daha dəqiq siyasətdə özünü doğruldur. İndi Ermənistan bölgədəki qaynayan bazarın düz ortasındadır. Bütün Cənubi Qafqaz tender meydanına çevrilib və həmin tenderlərin də yeganə qurbanı Ermənistandır. Azərbaycan Dağlıq Qarabağı və ermənilərin nəzarətində olan digər əraziləri ona qaytaracaq dövlətə neft-qaz ixracı yollarını verəcəyini deyir. Gürcüstan deyir ki, kim onun ərazi bütövlüyünü bərpa edib Cənubi Osetiya və Abxaziyanı ruslardan alarsa, həmin ölkənin istədiyi bütün məsələləri həll edəcək. Ermənistanın isə belə tenderlərdə istifadə etmək üçün heç nəyi yoxdur, çünki əvvəlcə Robert Köçəryan, sonra da Serj Sərkisyan hər şeyi satıb, hər şeyə xəyanət ediblər", - V.Şirxanyan bildirib. Ermənistanın ən zəif oyunçu olduğu regional bazarda İrəvanın bütün problemləri Dağlıq Qarabağ ilə bağlı olduğunu vurğulayan V.Şirxanyan Azərbaycan ilə ərazi mübadiləsinin mümkün olduğunu deyib. "1999-cu ilin oktyabrın 27-də Ermənistan parlamentindəki terror aktından sonra, noyabr ayında Robert Köçəryan İstanbulda ATƏT sənədlərini imzaladı. Həmin sənədlərdə Ermənistan ilk dəfə olaraq işğalçı kimi tanındı. İndi bütün dünya bizi işğalçı sayır və durmadan geriləyir, siyasət və informasiya müharibəsində Azərbaycana uduzuruq. Azərbaycan bizim ən yaxın müttəfiqimiz Rusiya ilə belə, ciddi siyasi və iqtisadi əlaqələr qurub. Bütün bunlara görə Dağlıq Qarabağ məsələsində irəlidə olduğumuz bütün işlərdə uduzmağa başlamışıq, - V.Şirxanyan deyib. - Ermənistanın indiki dövlət başçısı Serj Sərkisyan Rusiyada olanda Rusiyanı, Gürcüstanda olanda Gürcüstanı dəstəkləyir. Ermənilər anlamalıdır ki, indi nəzarətimizdə olan Azərbaycan ərazilərinin itirilməsindən sonrakı ikinci addım Dağlıq Qarabağ, üçüncü addım - Zəngəzur, dördüncü addım isə bütün Ermənistanın itirilməsidir". Bu arada Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan İrəvanda yeni mitinqə hazırlaşdığını bildirib. Oktyabrın 17-də İrəvanın mərkəzində təşkil edilməsi nəzərdə tutulan mitinqdə L.Ter-Petrosyan ölkənin mövcud hakimiyyətinin "Dağlıq Qarabağla bağlı yürütdüyü xəyanətkar siyasət"dən danışmağa və "çox maraqlı faktlar"dan bəhs etməyə hazırlaşır. Humay express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar