SON XƏBƏRLƏR

Tələbələr ETTELAAT-a çağırılıb

2021.10.20, 07:36
Tələbələr ETTELAAT-a çağırılıb

Gunaz.tv
Tələbələr ETTELAAT-a çağırılıb Sentyabrın 28-də Təbriz universitetinin qarşısında keçirilən aksiya zamanı fəallıq göstərmiş Nəim Əhmədi, Müttəba Rəzmi, Aydın Teymuri və Vəhid Dehqani adlı tələbə hərəkatçılar universitetin İntizam Şöbəsinə çağırılıb. GAMOH-un Quzey Azərbaycan təmsilçisi Ağrı Qaradağlının "OLAYLAR"a verdiyi məlumata görə, onlardan yazılı izahat alınıb. Qeyd edək ki, tələbəlr siyasi məhbulara azadlıq tələbi ilə piket keçirmişdilər. 20 gün öncə həbs edilmiş tələbə-hərəkatçı Ehsan Nəcəfinəsəbə isə ailəsi ilə telefonla danışmaq izni verilib. Tələbə hələ də ETTELAAT-da saxlanıldığını bildirib.olaylar -------------------------------------------------------------------------- Zərgərlərin tətili nəticə verdi Ancaq onlar yenə də israrlıdır Nəhayət ki, İranda da demokratik dəyərlərə hörmətlə yanaşmaqla bağlı kiçik bir addım atıldı. Belə ki, bir neçə gün öncə Təbriz, İsfahan, Tehran və Məşhəd zərgərləri yeni vergi qanununa etiraz olaraq, tətillərə başlamışdılar. İran prezidenti Mahmud Əhmədinejad isə yeni vergi qanununun icrasının müvəqqəti dayandırılması ilə bağlı sərəncam imzalayıb və o bu addımı narazılıqların aradan qaldırılması məqsədilə atdığını etiraf edib. Sərəncamda həmçinin qanun üzərində yenidən işləmək tapşırılır. Buna baxmayaraq, qızıl ustaları yeni vergi ləğv olunanadək tətili davam etdirəcəklərini və İran hökumətinin əlavə dəyər vergisini 3 faiz artırmasına razı olmadıqlarını deyiblər.olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar