SON XƏBƏRLƏR

FİDEL KASTRODAN OBAMAYA XƏBƏRDARLIQ MESAJI

2021.10.20, 07:36
FİDEL KASTRODAN OBAMAYA XƏBƏRDARLIQ MESAJI

Gunaz.tv
FİDEL KASTRODAN OBAMAYA XƏBƏRDARLIQ MESAJI “İrqçilər sənin prezident olmağına imkan verməzlər” 825.jpg Kuba inqilabının lideri Fidel Kastro ABŞ-dakı prezident seçkilərində qalib gəlmək şansı yüksək olan demokrat namizəd Barak Obamaya xəbərdarlıq mesajı göndərib. Kastro özünün rəsmi internet saytında yazdığı məqaləsində göstərib ki, Obamanın bu günə qədər Martin Lüter Kinq kimi sui-qəsdə qurban getməməsi möcüzədir. Kuba lideri ABŞ-da köklü irqçiliyin hökm sürdüyünü, milyonlarla ağdərilinin Ağ Evi qaradərili prezidentin xanımı və uşaqları ilə tutmasını həzm edə bilməyəcəyini yazıb. Onun fikrincə, Obamanın reytinqi hazırda yüksək olsa da seçkilərdə irqçilik hisslərindən çıxış edən ağdərililər ona səsə verməyəcək, bu üzdən qaradərili namizədin ABŞ-da prezident seçilmək şansı azdır. Bununla belə, Kuba lideri hesab edir ki, Obama respublikaçı rəqibi Con Makkeyndən daha ağıllıdır. Qeyd edək ki, ABŞ-da seçkilərə üç həftə qalmış Obamanın reytinqi yüksək olaraq qalır, bununla belə bir çox amerikalı ekspertlər hesab edir ki, səsvermə günü irqçilik hisslərini büruzə verməyən ağdərililər Obama üçün xoşagəlməz sürpriz edə bilərlər. Siyasət şöbəsi “İrqçilər sənin prezident olmağına imkan verməzlər” Kuba inqilabının lideri Fidel Kastro ABŞ-dakı prezident seçkilərində qalib gəlmək şansı yüksək olan demokrat namizəd Barak Obamaya xəbərdarlıq mesajı göndərib. Kastro özünün rəsmi internet saytında yazdığı məqaləsində göstərib ki, Obamanın bu günə qədər Martin Lüter Kinq kimi sui-qəsdə qurban getməməsi möcüzədir. Kuba lideri ABŞ-da köklü irqçiliyin hökm sürdüyünü, milyonlarla ağdərilinin Ağ Evi qaradərili prezidentin xanımı və uşaqları ilə tutmasını həzm edə bilməyəcəyini yazıb. Onun fikrincə, Obamanın reytinqi hazırda yüksək olsa da seçkilərdə irqçilik hisslərindən çıxış edən ağdərililər ona səsə verməyəcək, bu üzdən qaradərili namizədin ABŞ-da prezident seçilmək şansı azdır. Bununla belə, Kuba lideri hesab edir ki, Obama respublikaçı rəqibi Con Makkeyndən daha ağıllıdır. Qeyd edək ki, ABŞ-da seçkilərə üç həftə qalmış Obamanın reytinqi yüksək olaraq qalır, bununla belə bir çox amerikalı ekspertlər hesab edir ki, səsvermə günü irqçilik hisslərini büruzə verməyən ağdərililər Obama üçün xoşagəlməz sürpriz edə bilərlər. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar