SON XƏBƏRLƏR

AB diktatorları "bağışladı"

2021.10.20, 07:36
AB diktatorları "bağışladı"

Gunaz.tv
AB diktatorları "bağışladı" Avropa Birliyi Özbəkistana qarşı tətbiq etdiyi iqtisadi və siyasi sanksiyaların əksəriyyətini ləğv edib. Sadəcə, Daşkəndə silah satışının yasağı saxlanılıb. Sanksiyaların ləğv barədə qərar AB-yə üzv olan 27 ölkənin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən zirvə toplantısında qəbul edilib. Avropa Komissiyası Özbəkistana qarşı sanksiyaları 2005-ci ildə tətbiq edib. Səbəb isə ölkənin Əndican şəhərində dinc nümayişçilərə divan tutulması ilə nəticələnən hadisələrin beynəlxalq səviyyədə araşdırılmasına Daşkəndin qəti etiraz etməsi idi. 2005-ci ilin mayında Əndicandakı kütləvi nümayişlərin zorla yatırılması zamanı 187 nəfər öldürülmüş, 500 nəfər yaralanmışdı. Hüquq müdafiəçiləri hesab edirlər ki, prezident İslam Kərimovun birbaşa göstərişi ilə həyata keçirilən cəza əməliyyatında öldürülənlərin sayı ciddi şəkildə azaldılıb. AB-nin Daşkəndə tətbiq etdiyi sanksiyalar başda İslam Kərimov olmaqla özbəkistanın bir sıra yüksək çinli məmurlarının Avropa Birliyinə girişinin qadağan edilməsi, AB ilə Özbəkistan arasında əməkdaşlıq barədə müqavilənin dayandırılması və s.-ni nəzərdə tuturdu. Təbii qazla zəngin Özbəkistanla əlaqələrin normallaşdırılmasında ilk əvvəl Almaniya maraqlıdır. Rusiya-Gürcüstan münaqişəsindən sonra Avropa enerji təhlükəsizliyi probleminin yenidən gərginləşməsindən narahatdır. Bundan başqa, rəsmi Berlin Özbəkistandakı maraqlarını, ilk növbədə NATO-nun Əfqanıstandakı hərbi kontingentini təmin etməyə imkan verən hərbi bazasından narahatdır. Lüksemburq sammitində AB-nin Belarusa qarşı tətbiq etdiyi sanksiyalar da yüngülləşdirilib. Belə ki, Avropa Birliyi siyasətçilərinin "Avropanın son diktatoru" adlandırdıqları Belarus prezidenti Aleksandr Lukaşenko və onun iqtidarının yüksək çinli mənsublarına Şengen zonası ölkələrinə rahat-gedişə icazə veriləcək. Sanksiyaların ləğvi 6 ay ərzində qüvvədə olacaq. Hazırda Avropa Birliyinə sədrlik edən Fransa bəyan edib ki, Avropa ölkələri bu minvalla Özbəkistan və Belarusda demokratiyanın inkişafına yardım etməyə çalışır. Lüksemburq sammitinin sənədlərində bildirilir ki, Lukaşenko rejimi ilə bağlı yumşalma bir qədər əvvəl Belarus müxalifətinin tanınmış simaları Aleksandr Kozulin, Sergey Parsyukeviç və Andrey Kimin həbsdən azad edilməsi ilə bağlıdır. 1999-2000-ci illərdə belaruslu müxalifətçilər, habelə MSK sədri Lidiya Yermoşinanın yoxa çıxmasında günahkar bilinən 5 məmura isə AB-yə giriş yasağı götürülməyib.express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar