SON XƏBƏRLƏR

Buşun tənqidçisinə Nobel verildi

2021.10.20, 07:36
Buşun tənqidçisinə Nobel verildi

Gunaz.tv
Buşun tənqidçisinə Nobel verildi Amerikalı professor Pol Kruqman iqtisadiyyat sahəsində 2008-ci ilin Nobel mükafatına layiq görülüb. İsveç Kral Elmlər Akademiyasının yaydığı rəsmi açıqlamada bildirilir ki, mükafat ona ticari münasibətlərin və iqtisadi fəallıq məkanlarının analizinə görə verilib. Pol Robin Kruqman 1953-cü ilin fevralın 28-də Nyu-Yorkda anadan olub, Yel Universitetində oxuyub. 1977-ci ildə Massaçusets Texnologiya İnstitutunda fəlsəfə elmləri doktoru adını alıb. Bundan sonra həmin institutda, habelə Yel, Berklidəki Kaliforniya Universiteti, London İqtisadiyyat Məktəbi, Oksfordda dərs deyib. 2000-ci ildən bəri Hyuston Universitetinin professorudur. 1991-ci ildə C.Klark medalı ilə təltif olunub, Adam Smit (1995), Rektenvald (2000) və Asturiya Şahzadəsi (İspaniya, 2004) mükafatlarının laueratıdır. İqtisadiyyatda "populyarlaşdıranlar hərəkatı"nın üzvü olan kruqman makroiqtisadi böhranlar üzrə mütəxəssisdir. O, 1997-ci ildə Cənub-Şərqi Asiyada iqtisadi böhranın səbəblərini açıqlayıb, 2000-ci ildə isə investorlara NASDAG indeksinin çökəcəyi barədə xəbərdarlıq edib. Kruqman dünyada istənilən səviyyəli iqtisadçı ilə yanaşı, "Fortune" jurnalı və ya "The New York Times" qəzetinin oxucularına tanışdır: məşhur iqtisadçı həm də köşə yazarıdır. Son onillik ərzində onun məqalələrində ABŞ prezidenti Corc Buş, onun administrasiyası və Respublikaçılar Partiyası sərt tənqidinə həsr olunur. Respublikaçılar Partiyasının iqtisadi siyasətində o praktiki olaraq heç nəyi bəyənmir. Kruqman vergilərin azaldılmasını, gəlirlərin artmasını, müdafiə xərclərinin sürəkli böyüməsini, kasıb ölkələrə yetərincə yardım edilməməsini və yoxsul amerikalılara dəstək verilməməsini "yaramaz və yarıtmaz siyasət" sayır. Analitiklərin fikrincə, böyük iqtisadçı alimlər arasında çox az adam P.Kruqman təki makroiqtisadi konyukturanı çox sadə dillə izah etməyi və eyni zamanda ABŞ prezidenti Corc Buşun bunca öldürücü tənqidə tutmağı bacarır. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar