SON XƏBƏRLƏR

Xarici dövlətlərin bayraqlarını qanunsuz qaldıranlar cərimələnəcək

2021.10.20, 07:36
Xarici dövlətlərin bayraqlarını qanunsuz qaldıranlar cərimələnəcək

Gunaz.tv
Xarici dövlətlərin bayraqlarını qanunsuz qaldıranlar cərimələnəcək 1223909015_11milli_meclis.jpg Xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarını Azərbaycan ərazisində qeyri-qanuni qaldıran və yerləşdirən hüquqi və fiziki şəxs məsuliyyətə cəlb ediləcək. Bu məqsədlə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasından "OLAYLAR"a verilən məlumata görə, dəyişikliyə əsasən qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda ölkədə belə bayraqların qaldırılması qadağan edilir. Əks halda fiziki şəxslər 10 manatdan otuz manatadək, vəzifəli şəxslər 30 manatdan 40 manatadək, hüquqi şəxslər isə yetmiş manatdan yüz manatadək məbləğində cərimə ediləcəklər. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar