SON XƏBƏRLƏR

TÜRKİYƏDƏN AZƏRBAYCANA UÇAN TƏYYARƏNİ PARTLATMAQ İSTƏYİBLƏR

2021.10.20, 07:36
TÜRKİYƏDƏN AZƏRBAYCANA UÇAN TƏYYARƏNİ PARTLATMAQ İSTƏYİBLƏR

Gunaz.tv
TÜRKİYƏDƏN AZƏRBAYCANA UÇAN TƏYYARƏNİ PARTLATMAQ İSTƏYİBLƏR İstanbul-Bakı aviareysində bomba həyəcanı yaşanıb 809.jpg Srağagün İstanbul-Bakı təyyarə reysində bomba həyəcanı yaşanıb. Bu barədə qəzetimizə həmin reyslə Bakıya gələn sərnişinlərdən biri xəbər verib. Onun sözlərinə görə, təyyarəyə minik başlandıqdan dərhal sonra hava limanına çoxlu polis gəlib. Polislər sərnişinlərin təyyarəyə buraxılmamasını əmr ediblər. Sərnişinlərə bildirilib ki, İstanbul-Bakı reysi ilə uçacaq təyyarəyə bomba qoyulması barədə məlumatlar var. Bu reyslə uçacaq bütün sərnişinlər yenidən yoxlanılıb. “Qara plaşda olan bir nəfəri polis özü ilə apardı. Uçacağımız təyyarə isə dəyişdirildi. Bunu belə izah etdilər ki, təyyarə ətraflı yoxlanılacaq. Sərnişinlərdən baş verən hadisəyə görə Türk Hava Yolları adından üzr istənildi və təxminən 2 saat gecikmə ilə biz Bakıya gəlib çatdıq” . Məsələ ilə bağlı Türk Hava Yollarının münasibətini öyrənməyə cəhd etsək də, iş vaxtı bitdiyindən zənglərimiz cavabsız qaldı. Növbəti sayımızda məsələ ilə bağlı adıçəkilən aviaşirkətin münasibətini öyrənib dərc etməyə çalışacağıq. E.QƏDİMOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar