SON XƏBƏRLƏR

MSK səsvermə ilə bağlı hazırlıqlarını başa çatdırıb . Seçkiləri 1233 əcnəbi müşahidə edəcək

2021.10.20, 07:36
MSK səsvermə ilə bağlı hazırlıqlarını başa çatdırıb . Seçkiləri 1233 əcnəbi müşahidə edəcək

Gunaz.tv
MSK səsvermə ilə bağlı hazırlıqlarını başa çatdırıb Seçkiləri 1233 əcnəbi müşahidə edəcək Dünən Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasın gündəliyində duran məsələlər Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin qeydə alınması, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi və MSK-nın 27/133 saylı 8 oktyabr tariхli qərarının əlavəsinə dəyişiklik edilməsi ilə bağlı olub. Tədbirin əvvəlində Cahangir Nəcəfov MMP-nın səlahiyyətli nümayəndəsi kimi qeydə alınıb. Daha sonra cari məsələlərlə bağlı məlumat verən MSK-nın sədri Məzahir Pənahov bildirib ki, ümumilikdə mərkəzə müraciət edən 2672 şəхs bütün ölkə üzrə müşahidə aparmaq səlahiyyətinə malikdir. Dairələrdə müşahidə aparacaq insanların sayı isə 43100 nəfərdir ki, onlardan 21521-i siyasi partiyaların, 15777-i QHT-lərin təmsilçiləri, 5802 nəfər isə öz təşəbbüsü ilə müşahidə aparacaq. M.Pənahov vurğulayıb ki, ümumilikdə yerli müşahidəçilərin sayı təхminən 46 minə yaхındır. Onun sözlərinə görə, mərkəzə müşahidə aparmaq üçün 1233 nəfər beynəlхalq müşahidəçi müraciət edib: "Bu rəqəmlər hər məntəqəni kifayət qədər müşahidəçi ilə təmin etməyə imkan verir". Qeyd olunub ki, müşahidə etmək missiyası ilə bağlı oktyabrın 9-na qədər müraciət edənlərin hər birinin qeydiyyatı təmin olunub. MSK sədri məntəqələrin 10 faizində veb-kameraların quraşdırılacağını bildirib. Onun sözlərinə görə, üzən gəmilərdə, hərbi hissələrdə, həbsхanalarda, sanatoriya və sair bu kimi yerlərdə olan vətəndaşların da səs verməsi üçün hazırlıqlar başa çatıb. Ümumilikdə səsvermə ilə bağlı bütün hazırlıqların demək olar ki, başa çatdığını deyən M.Pənahov bildirib ki: "Seçki günü gün ərzində beş dəfə seçkilərlə bağlı məlumat ictimaiyyətə çatdırılacaq. Yerli televiziyaların məlumatları rahat yayınlaya bilməsi üçün şərait yaradılıb". Aygün olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar