SON XƏBƏRLƏR

ABDULLA GÜL TALLİNDƏ TÜRK İCMALARI İLƏ GÖRÜŞÜB

2021.10.20, 07:36
ABDULLA GÜL TALLİNDƏ TÜRK İCMALARI İLƏ GÖRÜŞÜB

Gunaz.tv
ABDULLA GÜL TALLİNDƏ TÜRK İCMALARI İLƏ GÖRÜŞÜB prezidentabdullagul10[1].10.2008037_1.jpg Estoniya Milli Kitabxanasında «Estoniya-90 və Türkiyə-85» adlı sərginin açılış mərasimi keçirilib. İki ölkə arasındakı münasibətlərə dair arxiv materiallarının, şəkil və sənədlərin nümayiş etdirildiyi sərginin açılışında Türkiyə prezidenti Abdulla Gül və Estoniya prezidenti Hendrik İlves iştirak ediblər. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən «Media forum» saytına verilən məlumata görə, sərgidən sonra Türkiyə prezidenti Estoniyadakı turk icmalarının - Azərbaycan, tatar, başqırd, özbək və qırğız diasporlarının rəhbərləri və nümayəndələri ilə görüşüb. Görüş Tallinin Kadriorq toplantı salonunda baş tutub. Tatar icmasının nümayəndəsi İldar Mühamədsin Tallində məscidin tikilməsi təklifi ilə çıxış edib. Türkiyə prezidenti bu işə dəstək verəcəyini bildirib. Azərbaycan icmasının rəhbərliyi isə A.Gülə, Azərbaycan prezidenti İlham Əliyevə və Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğana Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyətinə dəstək verdiklərinə görə minnətdarlıq edib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar