Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Natiq Pənahlı [email protected]/* */ Dağlıq Qarabağ münaqişəsinin son prinsipi nədir? Son günlər Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan müzakirələr və verilən bəyanatlar bir qədər də intensivləşib. Cəmiyyət sanki yeni bir xəbərə, bəlkə də, tamamilə sürpriz bir açıqlamaya hazırlaşdırılır. Xüsusilə də, Gürcüstan və Rusiya arasında baş verən son olaylardan sonra Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyi daha da aktuallaşıb. Hər halda bu zərurilikdən irəli gəlir ki, maraqlı tərəflər bu barədə intensiv şəkildə bəyanatlar səsləndirməkdədirlər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiyskaya qazeta”ya verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəzi “rəqəmlər” açıqlayıb: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı razılaşdırılmamış 2-3 məsələ qalıb ki, onların da Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşlərində razılaşdırılması gözlənilir. Öncə söhbət Laçın dəhlizindən gedir. Rusiya bir vasitəçi kimi hesab edir ki, münaqişənin həlli tam realdır”. Rus diplomatın açıqladığı “rəqəmlər” razılaşdırılmamış məsələlərin sayı ilə bağlıdır. Ancaq bu faktların inandırıcılığı ciddi şübhə doğurur. Xatırladım ki, təxminən iki il əvvəl - 2006-cı ilin dekabrında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov münaqişənin cəmi bir prinsipinin razılaşdırılmadığını demişdi: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşdırılmamış cəmi bir prinsip qalıb, bir vaxtlar müzakirə olunan 8-9 prinsipin böyük əksəriyyəti artıq razılaşdırılıb”. Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ilin noyabr ayının 29-da MDB dövlət başçılarının zirvə toplantısından (bu toplantı çərçivəsində İlham Əliyev Ermənistanın o vaxtkı prezidenti Robert Koçaryanla növbəti görüşünü keçirmişdi) qayıdarkən təyyarədə AzTV-yə müsahibə vermişdi. Müsahibədə dövlət başçısı nisbətən aydın ifadələrdən istifadə etmişdi: “Artıq üç ilə yaxındır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar “Praqa prosesi” çərçivəsində aparılır... Bu müddət ərzində müəyyən mərhələlərdən keçmişik. Artıq danışıqların son mərhələsinə yaxınlaşırıq. Çünki üç ilə yaxın müddətdə aparılan danışıqlarda bütün məsələlər müzakirə olunub, tərəflərin mövqeləri tam formalaşıb. Artıq biz elə mərhələdəyik ki, danışıqların gələcəyi bizim addımlarımızdan asılıdır”. Daha sonra ermənistanlı həmkarı ilə son görüşə toxunan İlham Əliyev: “Danışıqlar bütövlükdə konstruktiv şəkildə aparıldı, mübahisəli məsələlər müzakirə edildi. Son vaxtlar biz bir sıra məsələlərin həllinə nail olmuşuq, əvvəllər razılaşdırılmamış məsələlər artıq razılaşdırılıb. Amma elə prinsipial məsələlər var ki, bunların ətrafında hələ ki fikir ayrılığı var”, - deyib. Bu xatırlatmaları təsadüfi etmədim. Maraqlıdır, razılaşdırılmamış məsələlərin sayı birdən 2-3-ə necə düşür? Koçaryanın razı olduğu prinsiplərə bilavasitə onun diktəsi ilə hərəkət edən Sarkisyan qarşı çıxır? Heç inandırıcı görünmür. Bəs niyə Sergey Lavrov “2-3 məsələ”dən danışır? Hər halda, Lavrov hansısa “rəqəmi” açıqlamaqla, bəyanatını gücləndirmək niyyəti güdüb. Digər tərəfdən, ola bilsin ki, Rusiya Cənubi Qafqazdakı son olaylarda tutduğu mövqeyə görə üzərinə çəkdiyi beynəlxalq qınaqları, müəyyən qədər də olsa, yayındırmağa çalışsın və münaqişələrin “ədalətli” həllində maraqlı tərəf olduğunu nümayiş etdirməyə cəhd göstərsin. Ancaq bu, baş tutan sevda deyil. Artıq Rusiyanın qeyri-səmimiliyi siyasətdə bir markadır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı o qədər yerli-yersiz bəyanatlar verilib ki, artıq bu bəyanatlar insanları əvvəlki qədər maraqlandırmır. İnsanları maraqlandıran yeganə məsələ budur: Dağlıq Qarabağ münaqişəsi nə vaxt həll olunacaq və bu həll prinsipi Azərbaycanın ərazi bütövlüyünü əhatə edəcəkmi?zaman
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Urmiya gölünün son vəziyyəti açıqlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb