SON XƏBƏRLƏR

Türkiyə prezidenti Şimali İraqa səfər edəcək

2021.10.20, 07:36
Türkiyə prezidenti Şimali İraqa səfər edəcək

Gunaz.tv
Türkiyə prezidenti Şimali İraqa səfər edəcək Türkiyə prezidenti Abdulla Gülün Şimali İraqa səfər edəcəyi gözlənilir. Bu barədə CNNTURK məlumat verib. Səfər Gülün yaxın vaxtlarda İraqa başlayacaq rəsmi səfəri çərçivəsində baş tutacaq. Şimali İraqın kürd administrasiyası Türkiyə prezidentini bu bölgənin mərkəzi olan Ərbil şəhərində hava limanının açılışına dəvət edib. Səfərdən öncə kürd administrasiyasının PKK-nı terror təşkilatı elan etməsi gözlənilir. ---------------------------------------------------------------------- İraqın kürd administrasiyasının Baş naziri Ankaraya səfər edəcək İraqın kürd administrasiyasının Baş naziri Nəcirvan Bərzani yaxın günlərdə Ankaraya səfər edəcək. Bu barədə Türkiyənin “Dünya Bülteni” informasiya agentliyi məlumat verib. Bərzaninin səfəri Türkiyə tərəfinin dəvətilə baş tutacaq. Səfər əsnasında Türkiyənin PKK-ya qarşı mübarizəsində İraqın kürd administrasiyası ilə əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar