SON XƏBƏRLƏR

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərinin adları açıqlanacaq

2021.10.20, 07:36
İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərinin adları açıqlanacaq

Gunaz.tv
İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərinin adları açıqlanacaq _nobel_medal_071008.jpg İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərinin adları bazar ertəsi açıqlanacaq. RİA Novosti agentliyi xəbər veriri ki, 1968-ci ildə İsveçin Dövlət Bankı tərəfindən təsis olunmuş, iqtisadiyyat üzrə 2008-ci il Nobel mükafatına əsas namizəd, amerikalı iqtisadçı, Çikaqo universitetinin professoru, fond bazarlarını tədqiq edən Yudcin Famadır. Çikaqo universitetinin digər nümayəndəsi Lars Hansen isə Nobel mükafatını əmək bazarları, maliyyə iqtisadiyatı və makroiqtisadiyyat sahəsində olan modellərin inkişafına görə ala bilər. Müşahidəçilərin fikrincə, İsveçin Kral elmlər akademiyasının əvvəllər diqqət yetirmədiyi, ekologiya iqtisadiyyatı sahəsi üzrə namizədlərdən amerikanın Yeil universitetinin alimi Vilyams Nordxaus və Harvard universitetinin mütəxəssisi Martin Vayçman Nobel mükafatına sahib ola bilərlər. Qeyd edək ki, əvvəlki dövrlərdə olduğu kimi, indi də iqtisadiyyat üzrə Nobel mükafatının favoritləri Birləşmiş Ştatların alimləridir. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar