SON XƏBƏRLƏR

LİTVADA AZƏRBAYCAN CƏMİYYƏTİNİN SƏDRİ PARLAMENT SEÇKİSİNƏ QATILIB

2021.10.20, 07:36
LİTVADA AZƏRBAYCAN CƏMİYYƏTİNİN SƏDRİ PARLAMENT SEÇKİSİNƏ QATILIB

Gunaz.tv
LİTVADA AZƏRBAYCAN CƏMİYYƏTİNİN SƏDRİ PARLAMENT SEÇKİSİNƏ QATILIB 2008-ci il oktyabrın 12-də Litvada keçiriləcək parlament seçkilərində iştirak edən namizədlərdən biri azərbaycanlıdır. Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev bu seçkiyə Litva Liberallarının Birgə Hərəkatı Partiyasının xətti ilə qatılıb. Məlumat «Media forum» saytına Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən verilib. Litva Liberallarının Birgə Hərəkatı Partiyasının sədri Litva Seyminin üzvü Eligiyus Masyulisdir. Partiya liderlərindən olan Gintaras Steponaviçyus isə Seymdə sədr müavinidir. M.Həmzəyev seçkidə həm təkmandatlı, həm çoxmandatlı sistem üzrə iştirak edir. Onun namizədliyinin irəli sürüldüyü 52 saylı Zarasay-Visaginas təkmandatlı seçki dairəsi Vilnüsün 160 kilometrliyində yerləşir və bura əsasən rus provaslavlarının məskunlaşdığı bölgədir. Çoxmandatlı seçki dairələri üçün tərtib olunmuş partiya siyahısında M.Həmzəyevin adı 100 nəfərin arasında 23-cüdür. Litva Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkidə 21 siyasi partiyanın irəli sürdüyü namizədlər iştirak edəcək. Litvada cəmi 71 seçki dairəsi fəaliyyət göstərir. Parlamentə 71 deputat təkmandatlı, 70 nəfər isə çoxmandatlı seçki dairəsindən seçilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar