SON XƏBƏRLƏR

Heyki Talvitie: “Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları məhduddur”

2021.10.20, 07:36
Heyki Talvitie: “Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları məhduddur”

Gunaz.tv
Heyki Talvitie: “Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları məhduddur” heyki-talvetie.jpg “Gürcüstanda baş verənlərin bölgədəki digər “dondurulmuş münaqişələr”ə necə təsir göstərəcəyinə dair ətraflı qiymətləndirmə aparmaq hələ tezdir”. APA-nın məlumatına görə, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi Heyki Talvitie deyib. O, bu il yalnız Dnestryanı münaqişənin həllində pozitiv inkişafın müşahidə olunduğunu bildirib: “Gürcüstandakı hadisələr digər münaqişələrdə status məsələsini yenidən gündəmə gətirdi və problemlərin həllinin tezləşdirilməsi zərurətini ortaya qoydu”. H. Talvitienin fikrincə, bu il həm Ermənistan, həm də Azərbaycanda seçki ili olduğu üçün Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları məhduddur: “Finlandiya sədr olaraq təminat verir ki, münaqişələr ATƏT gündəmindəki əsas məsələlərdən biri olaraq alacaq. Təşkilat münaqişələrin həllinə daha çox vaxt və enerji sərf etməlidir”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar