SON XƏBƏRLƏR

İran vətəndaşına hökm oxunub

2021.10.20, 07:36
İran vətəndaşına hökm oxunub

Gunaz.tv
İran vətəndaşına hökm oxunub naru4nik9.jpg Azərbaycana narkotik vasitə keçirən Kalvandi Murtuza 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib Bu gün Ağır Cinaytələrə Dair İşlər üzrə Məhkəmədə qacaqmalçılıq və narkotikdən istifadədə təqsirləndirilən İran vətəndaşına hökm oxunub. ANS PRESS-in məlumatına görə, hakim Mail Bayramovun sədrlik etdiyi məhkəmənin hökmü ilə təqsirləndirilən Kalvandi Murtuza 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O 2008-ci ilin may ayının 26-da Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Kalvandi Murtuza İrandan Azərbaycana qacaqmalçılıq yolu ilə külli miqdarda heroin keçirib.O Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 (qacaqmalçılıq) və 234.1 (satış məqsədi olmadan narkotik maddə saxlama) maddəsi ilə təqsirləndirilirdi. Anar Məmmədov /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar